İNFORMATİV XİDMƏTLƏR   İNTERAKTİV XİDMƏTLƏR
 
 
Status sənədlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

İşğal zamanı yaşı 18-dən (yetkinlik yaşına çatmış) yuxarı olan kişilər üçün.
  1. şəxsiyyət vəsiqəsi, hərbi biletin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsilləri).
     
  2. hərbi bilet itirildiyi halda (hərbi mükəlləfiyyətli şəxsin) işğaldan əvvəlki qeydiyyat tarixi göstərilməklə, şəxsin adına qeydiyyatda olduğu rayon hərbi komissarlığından hərbi komissarın imzası və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  3. Köçkün düşdüyü rayon icra hakimiyyətindənhəmin rayondan məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  5. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən həmin rayonda müvəqqəti qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
 
İşğaldan əvvəl nigaha daxil olan qadınlar üçün.
  1. şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Nikaha daxil olduğu şəxsin (ərinin) şəxsiyyət vəsiqəsi və hərbi biletinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  3. Hikah haqqında şəhadətnamənin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. Nikaha daxil olduğu şəxsin (ərinin) hərbi bileti itirildiyi və ya tam yararsız vəziyyətə salındığı halda ərinin adına işğaldan əvvəlki qeydiyyat tarixi göstərilməklə neçənci ildən işğal olunmuş rayonun hərbi komissarlığında hərbi qeydiyyatda olmasına dair hərbi komissarın imzası və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. Nikaha daxil olduğu şəxsin (ərinin) adına köçkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  7. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən həmin rayonda müvəqqəti qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
 
İşğaladək sakini olduğu rayonda 18 yaşına (yetkinlik yaşına) çatmış və nigaha daxil olmamış qadınlar üçün
  1. Şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Köçkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  3. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  4. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən həmin rayonda müvəqqəti qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
İşğaldan əvvəl Dövlət Ali və Orta İxtisas Təhsil müəssisələrinin əyani fakultələrinə daxil olub, işğal zamanı tələbə olan şəxslər üçün
  1. Şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Ali və Orta İxtisas Təhsil müəssisəsinin Diplomunun skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  3. Kişilər üçün hərbi biletin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. Təhsil müəssisəsinin yataqxanasından (tələbə şəhərciyindən) işğal illərində tələbə olmuş şəxsin adına surəti təsdiqlənmiş Forma-A kartının və ya təhsil müəssisəsinin arxivindən surəti təsdiqlənmiş Forma-13 sənədinin skan olunmuş surəti (Elektron icraatın sonunda təsdiqlənmiş surətlərin əsilləri).
     
  5. Köçkün düşdüyü rayon icra hakimiyyətindən həmin rayondan məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  7. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsindən həmin rayonda müvəqqəti qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
 
İşğaladək sakini olduğu rayonda 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxslər üçün
  1. Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin skan olunmuş surəti (Elektron icraatın sonunda əsilləri).
     
  2. Atasının şəxsiyyət vəsiqəsi və hərbi biletinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsilləri).
  3. Atanın hərbi bileti itirildiyi və ya tam yararsız vəziyyətə salındığı halda, atanın adına işğaldan əvvəlki qeydiyyat tarixi göstərilməklə, neçənci ildən işğal olunmuş rayonun hərbi komissarlığında hərbi qeydiyyatda olmasına dair imza və möhürlə arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. Atanın adına köçkün düşdüyü rayon icra hakimiyyətindən həmin rayondan məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  6. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən həmin rayonda müvəqqəti qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
 
 İşğaldan əvvəl nikaha girib, işğaldan sonra boşanan qadınlar və onların övladları üçün
  1. Ananın və uşağın şəxsiyyət vəsiqələrinin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsilləri).
     
  2. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair şəhadətnamənin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsilləri).
     
  3. Uşağın doğum şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. Ərin (atanın) adına işğaldan əvvəlki qeydiyyat tarixi göstərilməklə neçənci ildən işğal olunmuş rayonun hərbi komissarlığında hərbi qeydiyyatda olmasına dair hərbi komissarın imzası və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. Ananın adına köçkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayış və arayışda keçmiş həyat yoldaşının (atanın) da məcburi köçkünlüyü qeyd olunmaqla arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  7. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən həm ananın həm də uşağın adına həmin rayonda müvəqqəti qeydiyyatda olmalarına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli)
 
İşğaladək sakini olduğu rayonda 18 yaşına (yetkinlik yaşına) çatmamış və işğaldan sonra valideynlərini itirmiş şəxslər üçün
  1. şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsilləri).
     
  2. Valideynlərinin ölüm haqqında şəhadətnaməsinin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsilləri) .
     
  3. İşğaladək sakini olduğu rayonda 18 yaşına (yetkinlik yaşına) çatmamış şəxsin adına köçkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayış və arayışda hər iki valideyninin məcburi köçkünlüyü qeyd olunmaqla skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  5. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən həmin rayonda müvəqqəti qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
İşğal zamanı hərbi mükəlləfiyyəti olmayan (55 yaş həddi 1938-ci il və ondan aşağı təvəllüdlü) kişilər üçün.
  1. Şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Məcburi köçkün düşdüyü rayon icra hakimiyyətindən həmin rayondan məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  3. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
     
  4. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən həmin rayonda müvəqqəti qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
Ərazilərin(rayonların) işğal olunması zamanı əri (atası) müddətli hərbi xidmətdə olan qadınlara və onların övladlarına
  1. Şəxsiyyət vəsiqələrinin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsli).
     
  2. Doğum şəhadətnamələrinin və nikahın skan olunmuş surətləri (Elektron icraatın sonunda əsli).
     
  3. Ərin(atanın) işğal zamanı hərbi qulluqda olduğu hərbi hissənin işğal olunmuş rayonun ərazisində dislokasiyası (yerləşməsi) barədə şəxsi işindən çıxarışı özündə əks etdirən arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. Qadının(ananın) adına köçkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsinə dair icra başçısının imzası ilə və gerbli möhürlə möhürlənmiş arayış və arayışda həyat yoldaşının (atanın) da məcburi köçkünlüyü qeyd olunmaqla arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
    
İşğaladək nikahı pozulmuş qadınlar və onların övladları üçün

  1. Şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Boşanmaya dair məhkəmə qətnaməsinin və nikahın pozulmasına dair şəhadətnamənin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsilləri).
     
  3. Övladlarının şəxsiyyət vəsiqələrinin və doğum şəhadətnamələrinin skan olunmuş surətləri (Elektron icraatın sonunda əsli).
     
  4. Məcburi köçkünlüyü yaradan hallar zamanı daimi yaşayış yeri və qeydiyyatı olduğu rayon icra hakimiyyətindən qadının(ananın) öz adına verilən məcburi köçkün olmasına dair icra başçısının imzası ilə arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
 
İşğaladək başqa şəxslər tərfindən övladlığa, himayəyə və qəyyumluğa götürülmüş və işğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmayan şəxslər üçün

  1. şəxsiyyət vəsiqəsinin və doğum şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Övladlığa götürənin, himayəçinin və qəyyumun şəxsiyyət vəsiqələrinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli)
     
  3. Övladlığa, himayəyə və qəyyumluğa verilmə barədə müvafiq sənədlərin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli)
     
  4. Övladlığa, himayəyə və qəyyumluğa götürənin hərbi bileti və ya hərbi bilet itirildiyi halda (hərbi mükəlləfiyyətli şəxsin) işğaldan əvvəlki tarix göstərilməklə, şəxsin adına qeydiyyatda olduğu rayon hərbi komissarlığından arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. Məcburi köçkünlüyü yaradan hallar zamanı daimi yaşayış yeri və qeydiyyatı olduğu rayon icra hakimiyyətindən övladlığa, himayəyə və qəyyumluğa götürənin adına verilən məcburi köçkün olmasına dair icra başçısının imzası ilə arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  7. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
 
İşğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmayan və işğaldan sonra ailə başçısını (atanı) itirmiş şəxslər üçün.

  1. şəxsiyyət vəsiqəsinin və doğum şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Atanın ölüm haqqında şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli)
     
  3. Ananın şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli)
     
  4. Məcburi köçkünlüyü yaradan hallar zamanı daimi yaşayış yeri və qeydiyyatı olduğu rayon icra hakimiyyətindən mərhum atanın köçkün olduğu göstərilməklə ananın adına verilən məcburi köçkün olmasına dair icra başçısının imzası ilə arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.
İşğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmayan və işğaldan əvvəl hər iki valideynini itirmiş şəxslər üçün.

  1. şəxsiyyət vəsiqəsinin və doğum şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Valideynlərinin ölüm haqqında şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli) .
     
  3. Məcburi köçkünlüyü yaradan hallar zamanı daimi yaşayış yeri və qeydiyyatı olduğu rayon icra hakimiyyətindən həmin şəxsin öz adına verilən məcburi köçkün olmasına dair icra başçısının imzası ilə arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  4. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil
 İşğal zamanı 18 yaşına (yetkinlik yaşına) çatmayan və işğaldan əvvəl ailə başçısını (atanı) itirmiş şəxslər üçün.

  1. şəxsiyyət vəsiqəsinin və doğum şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  2. Atanın ölüm haqqında şəhadətnaməsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli)
     
  3. Ananın şəxsiyyət vəsiqəsinin skan olunmuş surəti (Elektron icraatın sonunda əsli)
     
  4. Məcburi köçkünlüyü yaradan hallar zamanı daimi yaşayış yeri və qeydiyyatı olduğu rayon icra hakimiyyətindən ananın adına verilən məcburi köçkün olmasına dair icra başçısının imzası ilə arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  5. Məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olduğu rayon icra hakimiyyətinin qaçqınlar və məcburi köçkünlərlə iş şöbəsindən qeydiyyatda olmasına dair arayışın skan olunmuş surəti (Elektron icraatın sonunda əsli).
     
  6. 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil.

Qeyd: Statusun müəyyən edilməsi zamanı əlavə araşdırmaya ehtiyac olduğu zaman bəzi dövlət qurumlarına sorğular verilir

Tələb olunan sənədlər :

  1. Şəxsiyyət vəsiqəsi
  2. Arayış
  3. Şəkil
  4. Doğum şahadətnaməsi
  5. Nigah şahadətnaməsi

Qeyd: Elektron imza ilə təstiq olunmayan sənədlər qəbul olunmur.

Qeyd: göndərilən məlumat birbaşa status-shobe@qachqinkom.gov.az elektron poçt ünvanına göndərilsin
 

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az