Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəşt-lərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 281

Bakı şəhəri, 20 iyul 2016-cı il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəşt-lərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli 15 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 93; 2003, № 6, maddə 348; 2004, № 9, maddə 750; 2005, № 4, maddə 376; 2006, № 9, maddə 812; 2009, № 9, maddə 757; 2014, № 6, maddə 747; 2016, № 4, maddə 789) ilə təsdiq edilmiş "Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi Qaydası"nın 5-ci bəndinin üçüncü abzasında "sudan istifadə haqqı" sözləri "şəxsi istehlak və həyətyanı torpaq sahələrinin suvarılması üçün sudan istifadə haqqı" sözləri ilə əvəz edilsin və həmin abzasdan "rayon (şəhər) su təsərrüfatı idarələrinə" sözləri çıxarılsın.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az