Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

 

              №    387

Bakı şəhəri, 13 sentyabr 2018-ci il

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  il 5 iyul tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda,,dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 5 iyul tarixli 109 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 738; 2013, № 10, maddə 1216;  2018,   2, maddə 357) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na aşağıdakı məzmunda 40-cı hissə əlavə edilsin:

 

“40. Qaradağ rayon Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi”.

 Azərbaycan Respublikasının Baş naziri        
            Novruz Məmmədov

 

 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az