AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 
          
 
                                                      SƏRƏNCAM
                    
                                                          149 s
 
                                     Bakı şəhəri, “14” iyun 2012-ci il
 
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım Stansiyasının tikintisi yarımçıq qalmış binasında müvəqqəti məskunlaşmış və 2012-ci il 13 iyun tarixində baş vermiş yanğın nəticəsində yaşayış sahəsindən və ev əşyalarından məhrum olmuş 56 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşma məsələlərini həll etmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları"nın 4-cü hissəsinə əsasən:
 
1. Azərbaycan   Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə 56 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdırılması üzrə təxirəsalınmaz tədbirlər görsün.
2.Bu sərəncamın 1-ci hissəsində göstərilən məcburi köçkün ailələrinin başçılarına ailə üzvlərinin sayından və ev əşyalarına dəymiş ziyanın həcmindən asılı olaraq, adambaşına 300-350 (üç yüz-üç yüz əlli) manat hesabı ilə birdəfəlik maddi yardım göstərilsin.
3. Bu sərəncamın 2-ci hissəsində göstərilən məqsəd üçün (daşınma xərcləri nəzərə alınmaqla) Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 70 000,0 (yetmiş min) manat məbləğində vəsait ayrılsın.
4. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu sərəncamın 2-ci hissəsində göstərilən maddi yardımın yanğından zərər çəkmiş məjburi köçkün ailələrinə bir gün ərzində çatdırılmasını təmin etsin.
 5.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikasının
Baş naziri                                                                                 Artur Rasi-zadə
 
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az