Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 № 297          Bakı şəhəri, 10 oktyabr 2013-cü il
 
"Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamı  ilə təsdiq edilmiş  "Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na  Əlavələr"ə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
 
"Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturunda dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 mart tarixli 47 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 3, maddə 303; 2011, № 3, maddə 238) aşağıdakı dəyişikliklər edilsin:
 
1. 1-ci hissə, 1.1-ci və 4.1-ci bəndlər ləğv edilsin.
 
2.  3-cü hissəyə aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin:
 
"Müəyyən edilsin ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq seçilmiş idarəedici təşkilatla idarəetmə müqaviləsi bağlananadək dövlətin mülkiyyətində olan qaçqın və məcburi köçkün statusuna malik şəxslərin müvəqqəti yerləşdiyi çoxmənzilli binaların, yaşayış qəsəbələrinin idarə edilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki  mənzil-kommunal istismar sahələri tərəfindən həyata keçirilir.". 
 
Artur RASİ-ZADƏ,
 
Azərbaycan Respublikasının Baş naziri 
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az