Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

 

1. Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 1999-cu il yanvar ayının 1-dən ayda 15.000 manat məbləğində müəyyən edilsin.

2. Bu sərəncamın qəbul edilməsi ilə əlaqədar olaraq "Aztəminatlı ailələrə verilən müavinətlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 may tarixli 315 nömrəli Sərəncamının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 17 fevral 1999-cu il

№ 81

 

 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az