Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2000-ci ilin yanvar ayının 1-dən ayda 20000 manat məbləğində müəyyən edilsin.

2. Bu sərəncamın qəbul edilməsi ilə əlaqədar olaraq "Məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 17 fevral tarixli 81 nömrəli sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.


Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 dekabr 1999-cu il, № 279


 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az