"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 2356
BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Dövlətqaçqınkomda olmuşdur.
Mətbuat xidmətinin məlumatı 12 Mart, 2014
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov martın 12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonu qəbul etmişdir. BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilən görüşdə qeyd olunmuşdur ki, BMT QAK-la ölkəmiz arasında mövcud olan səmərəli əməkdaşlıq bu gün də uğurla davam etdirilir və Azərbaycanın belə bir nüfuzlu qurumun İcraiyyə Komitəsinin üzvü olması da deyilənləri təsdiqləyir. Azərbaycan hökumətinin digər ölkələrə də humanitar dəstək sahəsində göstərdiyi fəaliyyət, bu baxımdan görülmüş işlər və qarşıda duran vəzifələr təhlil olunaraq bildirilmişdir ki, hökumət Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkünün problemlərinin həllində böyük layihələr həyata keçirmiş və bu sahəyə əhəmiyyətli dərəcədə vəsait xərcləmişdir ki, hökumətin bu addımı BMT QAK-ın və digər nüfuzlu beynəlxalq qurumların rəhbərləri tərəfindən də müsbət qiymətləndirilmişdir. Görüşdə həmçinin BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan hökumətinin dəstəyi ilə 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edərək qaçqın, məcburi köçkün və sığınacaq axtaran şəxslərə oftalmoloji xidmət göstərən Yaponiyanın “Fuci Optikal” Ltd. şirkətinin doktor Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyətinin aprel ayında ölkəmizə səfəri, məcburi köçkünlərin problemlərinin öyrənilməsi, onların həlli yollarının axtarılması məqsədilə BMT QAK-ın ölkəmizdəki nümayəndəliyi tərəfindən Azərbaycan hökuməti və bir sıra beynəlxalq və milli QHT-lərlə əməkdaşlıq şəraitində 2013-cü ildə məcburi köçkünlər arasında keçirilmiş ”Yaş, gender və müxtəlifliyin təşviqi müştərək qiymətləndirilmə”nin nəticələri də müzakirə edilmişdir. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə digər məsələlərlə yanaşı BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən həyata keçirilən layihələr və qarşıda duran vəzifələr, nümayəndəliyin perspektiv planları, Azərbaycan hökumətinin beynəlxalq humanitar təşkilatlara dəstəyi, onların fəaliyyətinin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən məqsədyönlü şəkildə istiqamətləndirilməsi və s. bu kimi məsələlər də müzakirə olunmuş, bu məsələlərlə bağlı rəy və təkliflər səsləndirilmişdir.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib