"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1022
Qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Mətbuat xidmətinin məlumatı 04 Aprel, 2014
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarı və səfirliyin əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul etmişdir. Görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın yaxşı əsaslar üzərində qurulduğunu, əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran Baş nazirin müavini Ə. Həsənov ABŞ-ın Azərbaycandakı səfirliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirərək bu sahədəki əməkdaşlığın mühüm önəm daşıdığını önə çəkmişdir. Səfirlə əvvəlki görüşlərini xatırladan Baş nazirin müavini Ə. Həsənovbir daha qeyd etmişdir ki, bu insanların çoxsaylı problemlərinin birdəfəlik və optimal həlli yolu onların doğma ocaqlarına qaytarılmasıdır ki, Azərbaycan Prezidenti də bu istiqamətdə ciddi səy göstərir. Düzdür, münaqişə hələ öz həllini tapmayıb, lakin Azərbaycan dövləti öz vətəndaşlarının doğma ocaqlarına qayıdanadək sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində gündən-günə artan iqtisadi imkanlarından lazımınca istifadə edir, məcburi köçkünlərin taleyinin daha önəmli olduğunu müntəzəm önə çəkir. Görüşə gəlməyinin əsas məqsədinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlərə az da olsa töhfə verməkdən, bunun üçün müxtəlif infrastruktur və digər layihələr həyata keçirməkdən ibarət olduğunu vurğulayan diplomat bildirmişdir ki, düzdür, məcburi köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün ən böyük vəsaiti Azərbaycan hökuməti ayırır və düşünürəm ki, bizim də həyata keçirəcəyimiz layihələr buna kömək ola bilər. O, həmçinin hazırda səfirlik tərəfindən müxtəlif ərazilərdə həyata keçirilən texniki layihələrin icra vəziyyəti barədə danışmış, eyni zamanda 45 məcburi köçkün uşağın müxtəlif kurslara cəlb olunması üçün yaradılacaq yay məktəbindəki layihələrin həyata keçirilməsi məqsədilə maliyyələşmənin təsdiqləndiyini də bildirmişdir. Bu yaxınlarda Gəncə şəhərinə növbəti dəfə səfər edəcəyini və burada yeni istifadəyə verilmiş şəhərcikdəki məktəbə baş çəkəcəyini və məktəbin fəaliyyəti ilə yaxından tanış olacaöını da diqqqətə çatdırmışdır. Müxtəlif ərazilərdə məskunlaşan məcburi köçkünlərlə görüşdən aldığı təəssüratdan, onlarla söhbətlər zamanı ən böyük istəklərinin doğma ocaqlarına qayıtmaq istəyi olduğundan məmnunluğunu bildirən səfir ABŞ-ın bu istiqamətdə Azərbaycan hökumətinə daim dəstək verəcəyini bildirmişdir. Bu sahədəki fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini önə çəkən diplomat Azərbaycanda gedən iqtisadi inkişafın, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmişdir. Rəsmi Vaşinqtonun azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına hər zaman xüsusi diqqət verdiyini deyən qonaq bu istiqamətdə həyata keçiriləcək layihələrdə iştiraka hazır olduqlarını diqqətə çatdırmışdır. Bütün bunlara görə Azərbaycan hökuməti adından diplomata təşəkkürünü bildirən Baş nazirin müavini Ə. Həsənov bu cür layihələrin həyata keçirilməsinin vacibliyindən danışmış, bütün bunların məcburi köçkünlərin istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onlar arasındakı reabilitasiya problemlərinin həllində mühüm rol oynayacağını bildirmişdir. Görüşdə Ermənistan-Azərbaycan, Daqğlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bugünki durum, bu münaqişə nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məslələr də müzakirə olunmuşdur.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb