"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 934
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komtəsinin məlumatı
Mətbuat xidmətinin məlumatı 08 Avqust, 2014
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə daxil olan məlumata görə, Kəlbəcər rayonu ərazisində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Rusiya vətəndaşı Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərova, oğlu Kürdoğlu Əsgərov və Şahbaz Quliyevin Rusiya vətəndaşı olan həyat yoldaşı Albina Veselova Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə bir daha müraciət edərək iki ölkənin prezidentlərinin Soçi görüşündə bu problemin, Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunmasına və Həsən Həsənovun meyidinin qaytarılmasını müzakirə və həll etmələrini xahiş etmişlər. Qeyd etmək istəyirik ki, bu gün Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Deniz Duranla görüşmüşdür. Görüşdə Baş nazirin müavini cənab Əli Həsənov BQXK-nın nümayəndəliyinin rəhbərinə bildirmişdir ki, meyidin və girovların qaytarılması məsələsini Xankəndi ofisi ilə birlikdə daimi nəzarətdə saxlasınlar və bu sahədə öz fəaliyyətlərini gücləndirsinlər. Dövlətqaçqınkom bir daha bildirir ki, bütün bu məsələlər ilk gündən Ölkə Prezidenti cənab İlham Əliyevin nəzarətindədir və bununla bağlı aparılan işlər haqqında mütəmadi məlumatlar verilir. Görüşdən sonra Baş nazirin müavini cənab Əli Həsənov Həsən Həsənovun ailə üzvlərini qəbul etmişdir.
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur