"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1197
Görülən işlər yüksək dəyərləndirilmişdir
Mətbuat xidmətinin məlumatı 19 Noyabr, 2014
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov noyabrın 19-da «World Vision İnternational» humanitar təşkilatının Cənubi Qafqaz regionu üzrə direktoru Hans Bederskini qəbul etmişdir. Görüşdə bildirilmişdir ki, adıçəkilən humanitar təşkilat Azərbaycanda fəaliyyət göstərdiyi iyirmi il ərzində BMT-nin Ümumdünya Ərzaq Proqramı, İnkişaf Proqramı, BMT QAK, ECHO, ABŞ-ın «Beynəlxalq İnkişaf Agentliyi», Birləşmiş Britaniya Krallığı, Hollandiya hökumətləri və müxtəlif özəl fondların maliyyə dəstəyi ilə qaçqın, məcburi köçkün və aztəminatlı ailələrinə maddi yardım, gəlir əldə olunması, icma infrastrukturu, kənd təsərrüfatı, təhsil, su təchizatı və sair kimi müxtəlif layihələr həyata keçirmişdir. Təşkilatın fəaliyyəti ilə bağlı ətraflı söhbət açılan görüşdə səmimi qəbula görə Baş nazirin müavini Ə.Həsənova minnətdarlığını bildirən təşkilatın Cənubi Qafqaz regionu üzrə direktoru Hans Bederski bu layihələrin Azərbaycan hökumətinin və digər tərəfdaşların yaxından köməyi ilə həyata keçirildiyini bildirərək qeyd etmişdir ki, təmsil etdiyi qurum əsasən dünyada uşaqların rifah halının yaxşılaşdırılmasında iştirak edir və bu sahədə qarşılıqlı əməkdaşlıq bu gün də davam etdirilir. Azərbaycanın son illər ərzində inkişafından, bunun ölkədəki qaçqın və məcburi köçkünlərin də həyat şəraitinin yaxşılaşdırılmasına müsbət təsirindən danışan qonaq bu sahə ilə bağlı dövlət başçısının sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramından və onun icrası istiqamətində görülən işlərdən məmnunluğunu ifadə etmiş və bütün bunları yüksək dəyərləndirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb