"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1174
Son vaxtlar Azərbaycan-İran əlaqələri daha dinamik xarakter alıb
Mətbuat xidmətinin məlumatı 25 Noyabr, 2014
İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov noyabrın 24-də İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri ilə görüşüb. İranda səfərdə olmasından məmnunluq duyduğunu bildirən Əli Həsənov deyib ki, Azərbaycan ilə İran xalqları eyni dinə və mənəvi dəyərlərə malikdir. Bu amillər hər iki xalqın yaxın dostluq və qardaşlıq şəraitində yaşamasını şərtləndirir. Əli Həsənov son dövrlər İran-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq Prezident Həsən Ruhaninin noyabrın 12-13-də Azərbaycana səfərinin bu istiqamətdə mühüm addım olduğunu diqqətə çatdırıb. İmam Xomeyni İmdad Komitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 20 illik əməkdaşlıq əlaqələrinin olduğunu bildirən Əli Həsənov komitənin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, 1990-cı illərin əvvəllərində müstəqilliyini yeni bərpa edən Azərbaycan elan edilməmiş müharibəyə cəlb olundu. Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal etdi və orada yaşayan azərbaycanlılar doğma yurdlarından didərgin salındılar. Bunun nəticəsində Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün meydana gəldi. Məhz bu dövrdə İranın İmam Xomeyni İmdad Komitəsi Azərbaycan xalqına böyük yardımlar göstərdi. Azərbaycanda humanitar layihələrə təxminən 43 milyon dollar həcmində yardım göstərən İmdad komitəsinin humanitar fəaliyyətini xalqımız heç vaxt unutmayacaq. Qeyd olunub ki, İran həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşır və onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Buna görə təşəkkürünü bildirən Əli Həsənov deyib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevrilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini ATƏT-in Minsk qrupunun fəaliyyətinə baxmayaraq, problemin hələ də öz həllini tapmadığını diqqətə çatdırıb. Bildirib ki, dünyada mövcud olan ikili standartlar siyasəti bu münaqişənin həll olunmasına imkan vermir. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması haqqında dörd qətnaməsi var. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmir və dünya birliyi bu ədalətsizliyə göz yumur. Əli Həsənov bildirib ki, bu gün dünyanın siyasi mənzərəsinə nəzər yetirdikdə daha çox müsəlman ölkələrində qanlı münaqişələrin baş verdiyini görürük. Azərbaycan da müsəlman ölkəsidir və bu acınacaqlı mənzərə bizi narahat etməyə bilməz. İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərdən xilas olmasına böyük kömək göstərər. Ona görə də İran ilə Azərbaycan bütün sahələrdəki əməkdaşlıq əlaqələrini daha da genişləndirməlidir. İran və Azərbaycan elə yüksək səviyyəli dostluq əlaqələrində olmalıdır ki, heç bir qüvvə bu dostluğa zərər vura bilməsin. Azərbaycanın xarici siyasəti haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ölkəmizin bütün dövlətlərlə əməkdaşlıq etməsini istəyir. Ermənistanla isə bu, yalnız torpaqlarımız işğaldan azad ediləndən sonra mümkün ola bilər. Qonşu dövlətlərlə əlaqələr xarici siyasətimizin prioritet istiqamətidir. Əli Həsənov rəhbərlik etdiyi komitə və onun iş prinsipləri haqqında məlumat verərək bildirib ki, son 10 ildə qaçqınlar və məcburi köçkünlər üçün 87 müasir şəhərcik tikilib istifadəyə verilib, 220 mindən çox insan müvəqqəti yaşayış yerlərindən bu şəhərciklərə köçürülüb. Baş nazirin müavini Azərbaycanda son 10 ildə əldə edilən uğurlar, ölkəmizin Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş 2020-ci ilə qədər strateji istiqamətləri, həmçinin Heydər Əliyev Fondunun xətti ilə respublikamızda, eləcə də dünyanın müxtəlif dövlətlərində həyata keçirilən humanitar layihələr barədə ətraflı məlumat verib. Azərbaycanın dinamik iqtisadi inkişafı, yeni iş yerlərinin açılması və ölkəmizin beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi haqqında danışan Əli Həsənov Hüseyn Ənvərini Bakıya səfərə dəvət edib. Dəvətə görə minnətdarlıq edən İmam Xomeyni İmdad Komitəsinin sədri Hüseyn Ənvəri deyib ki, İran ilə Azərbaycan arasında hər şeydən əvvəl dini və mənəvi əlaqələr mövcuddur. Bu əlaqələr maddi varlıq üzərində qurulmayıb, insani və dini dəyərlərə söykənib. Odur ki, bu dostluğu pozmaq olmaz. H.Ənvəri bildirib ki, İran həmişə din qardaşlarına təmənnasız yardım etməyə hazırdır. Lakin Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil, ölkə iqtisadi cəhətdən yüksək sürətlə inkişaf edib, dünyada layiqli yerini tutub. Biz qonşu və dost dövlət olaraq Azərbaycanın uğurlarına sevinirik. Sonra H.Ənvəri rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Söhbət zamanı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi haqqında müzakirələr aparılıb. Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov, Nazirlər Kabineti Aparatının şöbə müdiri Qurban Sadıqov da iştirak ediblər. Baş nazirin müavini Əli Həsənovun İrana səfəri davam edir.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb