"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 921
Azərbaycan ilə İran arasında əlaqələrin inkişaf perspektivlərindən danışılıb
Mətbuat xidmətinin məlumatı 27 Noyabr, 2014
Noyabrın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov İran İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırmağı xahiş edən Əli Həsənov ölkələrimiz arasında əlaqələrin inkişafından danışdı. O, Prezident Həsən Ruhaninin Azərbaycana rəsmi səfərinin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirdi. Qeyd olundu ki, bu səfər zamanı çox mühüm məsələlər müzakirə edilib və iki dövlət arasındakı əlaqələri möhkəmləndirəcək vacib sənədlər imzalanıb. İranda keçirdiyi görüşlər və danışıqlar barədə məlumat verən Baş nazirin müavini bildirdi ki, İmam Xomeyni İmdad Komitəsinin, Qızıl Aypara Cəmiyyətinin rəhbərləri ilə faydalı söhbətlər aparıb. İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşlərin xüsusilə əhəmiyyətli olduğu vurğulanıb. Bu görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb, bu təkliflərin müştərək komissiyanın növbəti iclasında müzakirəsi məqsədəuyğun sayılıb. Azərbaycanın başlıca probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən Əli Həsənov bu münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş insanlara göstərdiyi yardıma görə İran dövlətinə və onun Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatlarına təşəkkürünü bildirib. İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkürünü bildirən Əli Həsənov rəsmi Bakının Tehranla imzaladığı bütün sənədlərdə nəzərdə tutulan işlərin icra olunacağına əminliyini ifadə edib. İranın birinci vitse-prezidenti İshaq Cahangiri ümidvar olduğunu bildirib ki, səfər zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələr arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək. Azərbaycan və İran prezidentləri tərəfindən nümayiş etdirilən siyasi iradə qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə münbit şərait yaradacaq. İshaq Cahangiri İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və özünün salamlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş etdi. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb