"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 973
Məcburi köçkünlər üçün salınan qəsəbələrdə inşaat işlərinin gedişi müzakirə olunmuşdur
Mətbuat xidmətinin məlumatı 01 Dekabr, 2014
Dekabrın 1-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun yanında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na və ona edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə cari ildə respublikamızın müxtəlif ərazilərində salınan yeni qəsəbələrin inşasına cəlb edilmiş tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilmişdir. Dövlətqaçqınkomun və inşa edilən obyektlərin tikintisinə sifarişçi təşkilat kimi təyin edilmiş Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun məsul işçilərinin və mütəxəssislərinin iştirak etdiyi müşavirədə qeyd olunmuşdur ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cari ildə də işlər uğurla davam etdirilmiş, indiyədək ağır şəraitdə yaşayan yüzlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Təkcə onu qeyd edək ki, bu günlərdə Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabul rayonu ərazisində 101 ailəlik qəsəbələrə köçürülmə başa çatdırılmış, Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbəyə isə artıq köçürülmə başlanılmışdır. Eyni zamanda Gəncədə 600 ailəlik qəsəbə bütün sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə verilmişdir ki, yaxın vaxtlarda bu qəsəbəyə də köçürmə işlərinə başlanılacaqdır. Digər bölgələrdə istifadəsi cari ildə nəzərdə tutulmuş qəsəbələrin inşasında da işlər uğurla davam etdirilir və işlərin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür. Belə ki, Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün ailələri üçün bu şəhərin ərazisində 12 ha sahədə inşa olunan hər biri 54 mənzilli, 11 ədəd 9 mərtəbəli yaşayış binalarından ibarət məhəllədə də işlər sürətlə davam etdirilir və 594 ailəlik bu məhəllənin də vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsi, məhəllənin inşasında heç bir geriləmə işlərinə yol verilməməsi, qarşıya qoyulan vəzifələrin vaxtında başa çatdırılması məqsədilə keçirilən müşavirədə Baş nazirin müavini Ə.Həsənov indiyədək görülən işləri və qarşıda duran vəzifələri təhlil edərək burada inşaat işləri aparan tikinti şirkətləri rəhbərlərinin fikirlərini dinləyərək bütün bunlarla bağlı onlara konkret tapşırıqlarını vermişdir. İnşasına bu ilin mayında başlanan məhəllədəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, tikinti materialları olduğunu bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan 480 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri müşavirədə hesabat xarakterli məlumat verərək bildirmişlər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər. Müşavirənin sonunda Baş nazirin müavini Ə.Həsənov bir daha vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır. Bütün bunların bariz nümunəsinin göz önündə olduğunu diqqətə çatdıran Ə.Həsənov qeyd etmişdir ki, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biridir. Ona görə də cənab Prezident qaçqınların və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoymuşdur. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb