"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 915
Məcburi köçkünlərlə bağlı həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edilmişdir
Mətbuat xidmətinin məlumatı 03 Dekabr, 2014
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov dekabrın 3-də ABŞ-ın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanı və səfirliyin hərbi attaşesi Kristofer Monohanı qəbul etmişdir. Birləşmiş Ştatların Avropa Komandanlığının ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzdindəki Hərbi Əməkdaşlıq Şöbəsi vasitəsilə indiyədək həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan humanitar layihələr və gələcək planlarla əlaqədar keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, onların həyat şəraitinin yaxşılaşdırılmasına dair müzakirələr aparılıb. Qeyd olunmuşdur ki, Azərbaycanda bütün beynəlxalq humanitar və inkişaf təşkilatlarının səmərəli fəaliyyəti üçün hərtərəfli və şəffaf şərait yaradılmasının, bu təşkilatlar tərəfindən həyata keçirilən layihələrin Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilməsinin nəticəsidir ki, bütün layihələr daha çox ehtiyac duyulan prioritet sahələrə istiqamətləndirilir. Bunun nəticəsidir ki, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatları da ötən müddət ərzində digər sahələrlə yanaşı, əsas diqqəti qaçqın və məcburi köçkünlərə səhiyyə xidmətinə, təhsil müəssisələrinin əsaslı təmirinə, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə, mikrokreditlərin paylanmasına və digər bu kimi sahələrə yönəltmişdir. Dünyada baş verən münaqişələr nəticəsində qaçqın və məcburi köçkünlərin sayının artdığını, Azərbaycan dövlətinin iqtisadi inkişafının yüksəlməsi nəticəsində bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürdüyünü, bütün bunlara baxmayaraq hələ də ağır şəraitdə yaşayan soydaşlarımızın olduğunu, bütün bunlara görə beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilən bütün layihələrin bizim üçün prioritet əhəmiyyət kəsb etdiyini vurğulayan Baş nazirin müavini Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Birləşmiş Ştatların Bakıdakı səfirliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb. Görüşdə Baş nazirin müavini Əli Həsənov ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin ölkəmiz haqqında qərəzli və heç bir reallığa söykənməyən fikirləri ilə bağlı narazılığını da bildirmişdir. ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən Derek Hoqan Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib və eyni zamanda əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına əminliyini bildirmişdir. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində soydaşlarımızın problemlərinin həlli ilə bağlı qarşıda duran vəzifələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb