"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 979
İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Möhsün Pakayin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur.
Mətbuat xidmətinin məlumatı 09 Dekabr, 2014
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov dekabrın 9-da İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul etmişdir. Görüşdə əsasən İran İslam Respublikasının kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbiinin dəvəti əsasında ölkələrimiz arasında humanitar sahədəki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Baş nazirin müavini Əli Həsənovun bu ilin 23-27 noyabr tarixlərində rəsmi Tehrana gerçəkləşən səfərinin və bu səfər proqramı çərçivəsində qonşu ölkənin bir sıra rəsmiləri və beynəlxalq humanitar təşkilatlarının rəhbərləri ilə keçirdiyi səmərəli görüşlərin nəticəsi müzakirə olunmuşdur. Səfərin və keçirilən bütün görüşlərin yüksək səviyyədə təşkilinə və göstərilən xoş münasibətlərə görə İran tərəfinə təşəkkürünü bildirən Baş nazirin müavini bütün bunları İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında gündən-günə inkişaf edən dostluq və qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin nəticəsi kimi dəyərləndirmişdir. İranda keçirdiyi görüşlər və aparılan danışıqlar barədə söhbət açan Baş nazirin müavini bildirmişdir ki, bütün görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb. Bildirilib ki, qonşu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, İran ilə Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi və kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə keçirilən görüşlər xüsusilə əhəmiyyətli olub. İran-Azərbaycan münasibətlərinə toxunan Ə.Həsənov qarşılıqlı əməkdaşlıq əlaqələrinin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edərək bu əməkdaşlığın yalnız iqtisadi sahədə deyil, humanitar sahədə də genişləndirilməsinin vacibliyini önə çəkmiş, səfər proqramı çərçivəsində bu məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparıldığını bildirmişdir. Təmsil etdiyi ölkə barədə dediyi xoş sözlərə və səmimi qəbula görə minnətdarlığını bildirən Möhsün Pakayin bütün bunlardan məmnunluğunu ifadə edərək vurğulamışdır ki, bu səfər zamanı keçirilən görüşlərdə müzakirə edilmiş əməkdaşlıq məsələləri üzərində artıq işlərə başlanılmışdır. Belə ki, İran tərəfində texniki, təhsil və sosial sahələrdə, ictimai təminat, humanitar, müştərək investisiyalar, əmək məsələləri, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı təcrübə mübadiləsinin aparılması və müzakirə olunmuş digər məsələlərə və irəli sürülmüş təkliflərə uyğun olaraq qarşılıqlı əməkdaşlıq üçün hazırlıq işləri davam etdirilir ki, bunlar da özünün müsbət nəticəsini verəcəkdir. Sonda belə bir əminlik ifadə olunmuşdur ki, Baş nazirin müavini Ə.Həsənovun İrana səfəri zamanı aparılan danışıqlar və müzakirə edilən təkliflər hər iki xalqın və dövlətin mənafeyinə xidmət edəcək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcəkdir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən nümayiş etdirilən siyasi iradə hərtərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə münbit şərait yaratmışdır.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb