"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1177
Məcburi köçkünlərin problemlərinin həlli hazırda daha böyük əhəmiyyət kəsb edir
Mətbuat xidmətinin məlumatı 06 Fevral, 2015
Ölkəmizdə səfərdə olan İsveçin Xarici İşlər Nazirliyinin əməkdaşları Therese Hyden, Tobias Lorentzson, Sofia Ekfeldt Nyman, Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin Avropa İdarəsinin başçısı Mirja Peterson və İsveçin Azərbaycandakı müvəqqəti İşlər vəkili Tomas Danestad fevralın 6-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavinləri Gəray Fərhadov və Fuad Hüseynovun müşayiəti ilə ölkəmizdəki məcburi köçkünlərin real vəziyyəti ilə yerində tanış olmaq məqsədilə Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış məhəllədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə yerində tanış olub. Əvvəlcə Binəqədi rayonu ərazisindəki Bakı İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında olan qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində ölkəmizin üzləşdiyi 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkün problemi, bu problemin həlli istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi geniş tədbirlər barədə məlumat verilib. Sonra qonaqlar yataqxanadakı şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, yataqxanada 160 məcburi köçkün ailəsi məskunlaşmışdır. Füzuli rayonundan məcburi köçkün Abbas Əliyevin ailəsində olan qonaqların diqqətinə çatdırılmışdır ki, 16 kvadratmetrlik otaqda 5 nəfər yaşayır. Ev sahibi vurğulamışdır ki, yeganə arzumuz doğma torpaqlarımıza qayıtmaqdır. Təəssüratlarını bölüşən nümayəndə heyəti buradakı acınacaqlı vəziyyətdən təəssüfləndiyini bildirib. Məcburi köçkün həyatının nə demək olduğunu gözəl anladığını diqqətə çatdıran qonaqlar problemin tezliklə həllinin, bu şəraitdə yaşayan insanların doğma ocaqlarına qaytarılmasının vacibliyini bildirib. Nümayəndə heyətinə bildirilib ki, hələ də bu cür ağır şəraitdə yaşayan məcburi köçkünlərimiz var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına, ona edilmiş Əlavələrə uyğun olaraq onların da sosial, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilməkdədir. Sonra nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində, 760 məcburi köçkün ailəsi üçün salınmış məhəlləyə gəlmişlər. Qonaqlar məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlərin təhsil almaları üçün yaradılmış şəraitlə maraqlanmışdır. Qeyd edilmişdir ki, 540 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür şərait yaradılmışdır. Qonaqlar məktəbin kompyuter otağına baxmış, tədris prosesi və ərazidəki Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olmuş, muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır. Sonra qonaq məhəllədə tikilmiş 280 yerlik uşaq bağçası ilə də tanış olmuşdur. Məlumat verilmişdir ki, bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilmişdir. Qonaqlar buradakı məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanmış və Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin mənzilində yaradılmış şəraitlə də tanış omuşlar. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılmış yüksək şəraitdən danışıb, ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb. Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən diplomat məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdıraraq deyib ki, münaqişənin tezliklə həlli insanların doğma torpaqlarına geri qayıtmalarına, onların dözülməz həyat şəraitinə son qoyulmasına imkan yaradacaq. Bunun üçün də məsələ ilə məşğul olan ölkələr və beynəlxalq təşkilatlar öz səylərini artırmalıdırlar.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb