"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 925
Türkiyənin Azərbaycandakı səfiri Masazırda məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olub
Mətbuat xidmətinin məlumatı 03 Mart, 2015
Martın 3-də Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Səfiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov müşayiət edib. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov türkiyəli diplomata məcburi köçkün ailələri üçün salınmış məhəllə haqqında məlumat verib. O, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb. Səfir məhəllədəki 33 nömrəli orta məktəbdə yaradılmış şəraitlə maraqlanıb. Qeyd edilib ki, 540 şagird yerlik məktəbdə yüksək səviyyədə təhsil almaq üçün hər cür imkan var. Sonra diplomat məktəbin kompyuter otağına baxıb, tədris prosesi və Zəngilan rayonunun ərazidəki Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış olub, muzeyin xatirə kitabına ürək sözlərini yazıb. O, həmçinin məhəllədə tikilmiş və lazımi avadanlıqla təchiz edilmiş 280 yerlik uşaq bağçasında olub, burada balacaların ifasında rəqslərə baxıb. Səfir məhəllədə məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlanıb. Zəngilan rayonundan olan məcburi köçkün Ərşad Piriyevin evinə baş çəkən diplomat onunla söhbət edib. Jurnalistlərlə təəssüratlarını bölüşən İsmail Alper Coşkun bildirib ki, Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün hər cür şərait yaradıb. Elə bu məhəllədə görülən işlər də bunu sübut edir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu insanlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. Diplomat deyib: “Burada Dağlıq Qarabağ münaqişəsinin həllinin nə qədər vacib məsələ olduğunu bir daha hiss etdim. Arzu edirik ki, Azərbaycan torpaqlarının işğalına son qoyulsun, insanlar gələcəyə sülh, xoşbəxtlik içərisində getsinlər”.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi