"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 967
Azərbaycan ilə İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub
Mətbuat xidmətinin məlumatı 19 Aprel, 2015
Azərbaycan ilə İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair razılıq əldə olunub. Bu barədə aprelin 17-də İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransında məlumat verib. Mətbuat konfransında əvvəlcə Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxış edərək Əli Rəbiinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizdə bir sıra önəmli görüşlər keçirdiyini qeyd edib. Bildirilib ki, görüşlərdə bir çox vacib məsələlər ətrafında fikir mübadilələri aparılıb. Ölkələrimiz, xalqlarımız arasında tarixi, dini, mənəvi bağlılıqların olduğunu bildirən Əli Rəbii deyib ki, Azərbaycan və İran möhkəm münasibətlərə malikdir. Azərbaycan İran üçün dost, qardaş və önəmli tərəfdaşdır. “Biz daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik. Bu mövqeyimiz bundan sonra da davam edəcək. Azərbaycan torpaqlarının işğaldan azad olunması bizim üçün də çox önəmlidir. Bu məsələnin tezliklə həll olunmasını istəyirik”, - deyə nazir əlavə edib. İranlı nazir deyib ki, ölkələrimizin prezidentlərinin iradəsi ilə bu gün qarşılıqlı münasibətlər yeni inkişaf mərhələsindədir. Son illərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin daha da genişlənməsində önəmli rol oynayıb. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün kifayət qədər potensial var. Ə.Rəbii Bakıda keçirdiyi görüşlərdə iqtisadiyyat, o cümlədən neft, qaz, ticarət, gömrük, turizm, sərmayə qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadilələrinin aparıldığını bildirib. Həmçinin sığorta sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, dərman istehsalı ilə bağlı əməkdaşlığa dair danışıqlar aparılıb. Nazir əlillərin müalicəsi və reabilitasiyası, insan resurslarının inkişafı, peşə təhsili sahələrində də əməkdaşlığa dair razılaşmaların əldə olunduğunu bildirib.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir