"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 936
Avropa Şurası Nazirlər Komitəsinin sədri məcburi köçkünlərlə görüşmüşdür
Mətbuat xidmətinin məlumatı 28 Aprel, 2015
Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin sədri , Belçika Baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reindersin başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün salınmış məhəllədə olmuşdur. Məcburi köçkünlər üçün Azərbaycan dövləti tərəfindən yaradılan şəraitlə yerində tanış olmaq məqsədi ilə buraya gələn nümayəndə heyətini ərazidə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Abşeron və Zəngilan rayon icra hakimiyyətlərinin başçıları Zakir Fərəcov və Ramiz Həsənov qarşılamışlar. Ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemi ilə yaxından maraqlandığına görə AŞ Nazirlər Komitəsinin sədrinə təşəkkürünü bildirən Baş nazirin müavini Ə.Həsənov qonaqların diqqətinə çatdırmışdır ki, istər Bakıda və Bakı ətrafı ərazilərdə, istərsə respublikamızın müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bu cür bütün sosial-texniki infrastrukturları ilə birlikdə 90 müasir qəsəbə və məhəllə salınmış, daha ağır şəraitdə yaşayan 240 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Lakin buna baxmayaraq hələ də 210 min nəfərdən çox məcburi köçkünün yataqxanalarda, tikintisi yarımçıq qalmış obyektlərdə ağır şəraitdə yaşadığını bildirən Ə.Həsənov demişdir ki, Azərbaycan dövləti tərəfindən onların da mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə müvafiq tədbirlər həyata keçirilir və bu işlər sülh müqaviləsi imzalanana qədər davam etdiriləcəkdir. O da bildirilmişdir ki, bütün qəsəbələrdəki mənzillərdə olduğu kimi, ərazidəki 760 məcburi köçkün ailəsi də verilmiş mənzillərdə müvəqqəti məskunlaşdırılmışlar və torpaqlar azad olunduqdan sonra onlar öz doğma yurdlarına qaytarılacaqlar. Sonra qonaqlar Baş nazirin müavini Ə.Həsənovun müşaiyəti ilə ərazidəki 540 şagird yerlik 33 nömrəli Zəngilan rayon tam orta məktəbi ilə, burada yaradılan şəraitlə tanış olmuş, məktəblilərin ingilis dilində Belçika ilə bağlı verdikləri ətraflı məlumatlardan məmnunluqlarını ifadə etmişlər. Nümayəndə heyəti həmçinin məhəllədəki 280 yerlik uşaq bağçası, burada tərbiyə alan uşaqların əl işləri ilə tanış olaraq körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləmişlər. Qonaqlar məhəllədə məskunlaşan məcburi köçkünlərin həyat şəraiti ilə də yaxından tanış olmuşlar. Zəngilandan məcburi köçkün Nurəddin Həsənovun mənzilində çay süfrəsi ətrafındakı söhbət əsnasında bildirilmişdir ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır. Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin dağıdıldığını, bunları ATƏT-in faktaraşdırıcı missiyasının da təsdiqləndiyini AŞ Nazirlər Komitəsi sədrinin diqqətinə çatdıran Baş nazirin müavini Ə.Həsənov bunları dünyada zorakılıqların artması, ədalətsizliyin hökm sürməsi, əsassız münaqişələrin yaradılması ilə əlaqələndirərək bildirmişdir ki, bütün bunlar dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir. Məhz bu cür halların, həmçinin regionlarda toqquşan maraqların nəticəsidir ki, hər il dünyada münaqişə zonalarının, qaçqın və məcburi köçkünlərin sayı artır. Əgər 30-40 il bundan əvvəl dünyada qaçqınların sayı 15-20 milyon idisə, bu gün onların sayı 60 milyondan çoxdur, münaqişə zonaları olan ölkələrin sayı ildən-ilə artır. Baş nazirin müavini qeyd etmişdir ki, bu gün Azərbaycanın ən əsas və bir nömrəli problemi məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində yaranmış bir milyondan çox qaçqın və məcburi köçkün problemidir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu ötən müddət ərzində heç bir irəliləyişə nail ola bilməyib. Bu da ondan irəli gəlir ki, bu qrupun həmsədr ölkələri vaxtında düzgün formalaşdırılmadığından onlar obyektivlikdən uzaq fəaliyyət göstərirlər. Həmçinin BMT Təhlükəsizlik Şurasının, AŞ PA-nın, İƏT və digər nüfuzlu beynəlxalq qurumların münaqişənin həlli ilə bağlı qəbul etdikləri qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi də bu qənaətə gəlinməsinə əsas verən amillərdəndir. O, qeyd etmişdir ki, münaqişənin həllini Azərbaycanın və Ermənistanın özlərinin həll etməsininin mümkünlüyü fikrini ortaya ataraq konkret heç bir tədbir görməyənlər olduqca yanılırlar. Çünki Ermənistanın hazırkı rejimi Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəlib. Onlar özlərini «qəhrəman» kimi qələmə verdilər, bu gün də fəxrlə dünya ermənilərinə deyirlər ki, sizin 200 ildə edə bilmədiyinizi biz qısa bir vaxtda həyata keçirdik. Ona görə də onlar heç vaxt razılığa gəlməzlər. Sonra AŞ Nazirlər Komitəsinin sədri Didier Reindersin rəhbərlik etdiyi nümayəndə heyəti Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlərlə görüşmüş, onların ağır həyat şəraiti ilə tanış olmuşdur. Məcburi köçkünlərlə söhbət zamanı bildirilmişdir ki, bu ərazidəki yataqxanalar kompleksində 1300-dən çox məcburi köçkün ailəsi məskunlaşıb. Onlar hamısı bir nəfər kimi dövlətimizin onlara göstərdiyi qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edərək bu cür ağır şəraitə dözümlüklərini də cənab Prezident İlham Əliyevə, onun yürütdüyü uğurlu daxili və xarici siyasətə inamları ilə əsaslandırmışlar və bildirmişlər ki, Ali Baş Komandanın əmri ilə hər an doğma torpaqlarının azadlığı uğrunda mübarizəyə hazırdırlar. Çünki onların öz ata-baba ocaqlarına qayıtmaqdan başqa heç bir istəkləri yoxdur. Nümayəndə heyətinin rəhbəri məcburi köçkünlərlə söhbəti zamanı onu maraqlaqdıran məsələlərə də aydınlıq gətirmiş, səlahiyyətləri çərçivəsində münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir. Sonda Baş nazirin müavini Ə.Həsənov qonağa bildirmişdir ki, biz heç bir dövlət və təşkilatdan nə isə xahiş etmirik, hamının ədalətli olmasını istəyirik. Bu gün dünyanın əsas problemi ədalətsizliyin mövcud olmasıdır. Bu gün dünyada zorakılıqlar, ədalətsizliklər baş verir, əsassız münaqişələr yaradılır, hər gün minlərlə insan həlak olur. Təbii ki, bunlar insan hüquqlarının qorunmasına da, demokratik prinsiplərin həyata keçirilməsinə də böyük maneələr yaradır. Əgər bütün bunlar baş verirsə cəmiyyətdə necə demokratik prinsipləri şəffaf formada həyata keçirmək olar? Bu, dünyanın əsas problemidir və bu, bəzi dövlətlər tərəfindən ört-basdır edilir”.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir