"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1315
Beynəlxalq humanitar təşkilatların layihələri Azərbaycan üçün prioritet əhəmiyyət kəsb edir
Mətbuat xidmətinin məlumatı 05 May, 2015
Qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov mayın 4-də ölkəmizdə səfərdə olan Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı «Asiya Müsəlmanları Komitəsi»nə yeni təyin olunmuş baş direktor Xalid Salah Al-Rayes və onun müavini Ali Mufreinlə görüşmüşdür. Küveyt dövləti ilə Azərbaycan arasında əlaqələrin inkişafından, bütün sahələr üzrə qarşılıqlı əməkdaşlığın və dostluğun yüksək əsaslar üzərində qurularaq davam etdirildiyindən məmnunluq ifadə olunan görüşdə Küveytin bu xeyriyyə təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən indiyədək həyata keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan humanitar layihələr və planlarla əlaqədar geniş fikir mübadiləsi aparılmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş insanların problemləri, Azərbaycan dövləti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verilmişdir. Görüşdə Dövlətqaçqınkomun sədrinin müavini F.Hüseynov Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun bu ilin mart ayının sonunda Küveytdə bu ölkənin rəsmiləri, o cümlədən «Asiya Müsəlmanları Komitəsi»nin Direktorlar Şurasının sədri ilə görüşlərini və bu görüşlər zamanı Azərbaycan reallıqları barədə aparılan müzakirələri xatırladaraq qonaqların diqqətinə çatdırmışdır ki, Azərbaycanda bütün beynəlxalq humanitar və inkişaf təşkilatlarının səmərəli fəaliyyəti üçün hərtərəfli və şəffaf şərait yaradılıb. Bu təşkilatlar tərəfindən həyata keçirilən layihələr Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilir. Bunların nəticəsidir ki, bütün layihələr daha çox ehtiyac duyulan prioritet sahələrə istiqamətləndirilir. Elə Küveytin bu beynəlxalq humanitar təşkilatının Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi də da ötən müddətdə digər sahələrlə yanaşı, əsas diqqəti qaçqın və məcburi köçkünlərin içiməli su ilə təminatına, təhsil müəssisələrinin, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə, imkansız ailələrə maddi yardım edilməsinə və digər bu kimi sahələrə yönəldibdir. F.Hüseynov deyib ki, dünyada baş verən münaqişələr nəticəsində qaçqınların və məcburi köçkünlərin sayı artır. Azərbaycan dövləti iqtisadi inkişafının sürətlənməsi nəticəsində bu təbəqədən olan vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb, amma buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan soydaşlarımız var. Bütün bunlara görə beynəlxalq humanitar təşkilatlar tərəfindən həyata keçirilən layihələrin bizim üçün prioritet əhəmiyyət kəsb etdiyini vurğulayan F.Hüseynov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınmış soydaşlarımıza istər ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq humanitar və inkişaf təşkilatlarının, istərsə də Küveytin «Asiya Müsəlmanları Komitəsi» beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin göstərdiyi humanitar yardımlara, həyata keçirdikləri humanitar və inkişaf layihələrinə görə təşəkkürünü bildirib və bu sahədəki əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb. Küveyt dövlətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini və bundan məlumatlı olduğunu deyən Xalid Salah Al-Rayes Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, ölkənin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Eyni zamanda, rəhbərlik etdiyi təşkilat tərəfindən əvvəlki layihələr kimi, bundan sonra həyata keçiriləcək layihələrin də prioritet sahələrə uyğun şəkildə reallaşacağına, bununla əlaqədar aparılan müzakirələrin müsbət səmərə verəcəyinə əminliyini bildirib. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə kömək məqsədilə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb