"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 904
İsveçin Bakıdakı Səfirliyi və “TeliaSonera” şirkəti azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq
Mətbuat xidmətinin məlumatı 05 May, 2015
İsveçin Bakıdakı Səfirliyi və “TeliaSonera” şirkətlər qrupu azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq. Layihə çərçivəsində dünya şöhrətli İsveç yazıçısı Astrid Lindgrenin müəllifi olduğu 9 uşaq kitabı Azərbaycan dilinə tərcümə ediləcək və azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara paylanacaq. Bu barədə mayın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşündə məlumat verilib. Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Əli Həsənov təəssüflə bildirdi ki, problemin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, real nəticə yoxdur. Münaqişənin həllinin uzadılmasının ikili standartlardan qaynaqlandığını vurğulayan Baş nazirin müavini dedi ki, ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Dünyanın ən mötəbər beynəlxalq təsisatı olan BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 20 ildən artıqdır ki, həmin qətnamələr icra olunmur. Ancaq digər məsələlərlə bağlı qətnamələr dərhal yerinə yetirilir. Bunun özü də dünyada ikili standartların göstəricisidir. Respublikamızın son illərdə əldə etdiyi uğurlar, eləcə də iqtisadiyyatda qazanılan nailiyyətlər barədə məlumat verən Əli Həsənov Azərbaycanın tolerant ölkə olduğunu, müxtəlif dinləri təmsil edən millətlərin dinc yanaşı yaşadıqlarını diqqətə çatdırdı. “TeliaSonera” şirkətlər qrupunun həyata keçirəcəyi sosial layihəni yüksək qiymətləndirən Baş nazirin müavini, eyni zamanda, Azərbaycan uşaq nağıllarının da ingilis dilinə tərcüməsini, eləcə də İsveç və Azərbaycan uşaqlarının görüşlərinin təşkilinin səmərəli olacağını vurğuladı. “TeliaSonera”nın prezidenti və baş direktoru Yohan Dennelind şirkətin Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verdi. Azərbaycana üçüncü dəfə səfər etdiyini və hər səfərində də iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyən Y.Dennelind dedi: “Təəssüf ki, Azərbaycan ilə bağlı böyük işlər görə bilməmişik. Ancaq bu sahədə fəaliyyətimizi artıracağıq. Bu fəaliyyət müxtəlif istiqamətləri əhatə edə bilər. Biz əvvəlcə İsveç nağıllarının Azərbaycan dilinə tərcüməsindən başlayırıq. Bu işdə İsveç hökuməti də bizə dəstək verir. Eyni zamanda, tələbə mübadiləsi proqramı üzərində də işəyirik və bu məsələ hazırda müzakirə mərhələsindədir”. Bir müddət əvvəl məcburi köçkünlərlə görüşmək üçün yaradılan şəraitə görə minnətdarlığını bildirən İsveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad reallaşdırılacaq layihələrin əhəmiyyətindən danışdı, bu istiqamətdə birgə əməkdaşlığın sosial proqramların həyata keçirilməsində mühüm rol oynadığını vurğuladı. Azərbaycan Baş nazirinin müavini tələbə mübadiləsi proqramını da yüksək dəyərləndirərək, məcburi köçkün uşaqların bu layihəyə cəlb edilməsinin daha uğurlu nəticələrə səbəb olacağını diqqətə çatdırdı və bu işdə onlara lazımi kömək göstəriləcəyini dedi.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir