"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1250
Yaponiyanın hakim Liberal-Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Mətbuat xidmətinin məlumatı 28 Avqust, 2015
Avqustun 27-də Yaponiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu ölkənin hakim Liberal Demokratik Partiyasının (LDP) icraçı katibinin müavini, xarici əlaqələr bürosunun sədri, parlamentin deputatı Yasukazu Hamada ilə görüşüb. Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və LDP-dən olan deputatlar Toşinao Nakaqava və Keytaro Ono görüşdə iştirak ediblər. Görüşə görə təşəkkür edən Əli Həsənov iki ölkə arasında dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini bildirib, bu sahədə qarşılıqlı rəsmi səfərlərin müsbət rolunu qeyd edib. XX əsrin əvvəllərində müstəqillik qazanan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqda məlumat verən Baş nazirin müavini həmin vaxt əldə edilmiş demokratik uğurların müstəqilliyin bərpasından sonra uğurla davam etdirildiyini vurğulayıb. Müstəqilliyin bərpasından sonra ölkəmizin qarşılaşdığı problemlərin aradan qaldırılmasında ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Ulu Öndərin müəyyən etdiyi strategiyanın Prezident İlhan Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın son illər sürətli iqtisadi inkişafa nail olduğu və regionun lider dövlətinə çevrildiyi diqqətə çatdırılıb. Əli Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə ətraflı məlumat verərək qeyd edib ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı tam aradan qaldırılacaq. Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və bunun nəticəsində 1 milyondan artıq qaçqın və məcburi köçkün ordusu yaranıb. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ ki bir nəticə vermir. Azərbaycan ilə Yaponiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov, eyni zamanda, ölkəmizdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini olduğunu diqqətə çatdırıb. Bildirib ki, iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq dost xalqlar arasında münasibətlərin inkişafına mühüm töhfələr verə bilər. Bu istiqamətdə aparılan danışıqların tezliklə müsbət nəticə verəcəyinə əmin olduğunu vurğulayan YAP sədrinin müavini qarşı tərəfi Azərbaycana səfərə dəvət edib. Sürətli inkişafı ilə bu gün dünyanın diqqət mərkəzində olan Azərbaycanın Baş nazirinin müavini ilə görüşdən məmnunluğunu bildirən Y.Hamada Yaponiyanın ölkəmizlə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmətlə yanaşır. Yaponiyanın da belə bir problemlə qarşılaşdığını xatırladan büro sədri tarixi ədalətin bərpa olunacağına və işğal altında olan torpaqların azad ediləcəyinə əminliyini ifadə edib. İki ölkənin hakim partiyaları arasında əməkdaşlıq əlaqələrinin hər iki tərəf üçün faydalı olacağını təsdiq edən Y.Hamada bu sahədə gənclər arasında əlaqələrin yaradılmasının, qarşılıqlı səfərlərin təşkilinin önəmini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib