"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1037
Azərbaycan nümayəndə heyəti Cenevrədə BMT-nin yüksək səviyyəli görüşündə iştirak edir
Mətbuat xidmətinin məlumatı 17 Dekabr, 2015
Dekabrın 16-da İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Müdafiənin Vəzifələri üzrə Dialoqunun “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusunda növbəti 8-ci yüksək səviyyəli görüşü işə başlayıb. Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti, o cümlədən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev tədbirdə iştirak edir. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş tədbiri açaraq müasir dünyadakı münaqişələr və zor tətbiqi nəticəsində öz vətənini tərk etməyə məcbur olmuş şəxslərin sayının durmadan artdığını, bu vəziyyətin dünya dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qarşısında yeni çağırışlar qoyduğunu bildirib. O qeyd edib ki, qaçqınların və məcburi köçkünlərin sayı İkinci Dünya müharibəsindən sonra ən yüksək həddə çatıb və 2014-cü ilin sonuna olan statistik məlumatlara əsasən, dünya üzrə qaçqınların və məcburi köçkünlərin sayı 60 milyon nəfərə yaxındır. İnsanlar bir tərəfdən nəzarətdən çıxan münaqişələr və müharibələr, digər tərəfdən isə təbii fəlakətlər nəticəsində öz ölkələrini tərk etməyə məcbur qalır. Bir sıra böhran regionlarındakı qaçqın düşərgələrində artıq üçüncü nəsil uşaqlar dünyaya gəlir. Dünya üzrə qaçqınların yarıdan çoxu azı beş il qaçqın həyatı yaşamağa məcbur qalır və milyonlarla insan artıq onilliklərdən bəri öz doğma ev-eşiklərinə geri dönə bilmir. Belə bir vəziyyətdə köçürülmənin kökündə duran səbəbləri daha yaxşı başa düşmək və onlara qarşı daha effektiv cavablar vermək, həll yolları tapmaq üçün beynəlxalq təşkilatlar, ölkələr, vətəndaş cəmiyyəti, müvafiq humanitar və elmi tərəfdaşlar arasında mütəmadi dialoqun aparılması mühüm əhəmiyyət daşıyır. Sonra qaçqınların vəziyyətinə həsr olunan qısa film nümayiş etdirilib. Plenar iclasda beynəlxalq təşkilatların və müxtəlif ölkələrin təmsilçiləri qaçqın probleminin həlli imkanları, qaçqınların həyat şəraitinin yaxşılaşdırılması, onların yerləşdikləri ölkələrdə tibbi və sosial xidmətlərdən istifadə edə bilməsi, uşaqların sosial mühitə və məktəb həyatına cəlb edilməsi mövzularında çıxış ediblər. Müzakirələr başlayarkən çıxış üçün ilk söz Azərbaycan nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova verilib. Baş nazirin müavini Əli Həsənovun çıxışı: Hörmətli cənab sədr! Hörmətli cənab Ali Komissar! Xanımlar və cənablar! İlk növbədə icazə verin bugünkü mötəbər tədbirin olduqca əhəmiyyətli məsələnin müzakirəsinə həsr edilməsi təşəbbüsünə və Azərbaycanı da bu tədbirə dəvət etdiyinə görə Ali Komissar cənab Antonio Quttereşə səmimi təşəkkürümü bildirim. Son illər ərzində dünyanın müxtəlif regionlarında baş verən fövqəladə hadisələr bizi də narahat edir. Misli görünməmiş kütləvi miqrasiya əksəriyyətini qadınlar və uşaqlar təşkil edən günahsız insanların yol boyunca sonsuz əzablara düçar olması, getdikcə dərinləşən və bəşəriyyəti yeni faciəyə sürükləyən dəhşətli hadisələrin qarşısı alınmazsa, bizi qarşıda nələrin gözlədiyini təsəvvür etmək çətin deyildir. Münaqişələrdən zərər çəkən kövrək insanların problemlərinin həll edilməsində dövlətlərlə yanaşı BMT QAK, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi nüfuzlu beynəlxalq təşkilatlar, BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi bu gün həm vacib, həm də təxirəsalınmazdır. Hesab edirik ki, öz daimi yaşayış yerini məcburi tərk etmiş insanların müdafiəsində mövcud beynəlxalq hüququn təkmilləşdirilməsinə ehtiyac vardır. Bu gün artıq BMT-nin məcburi köçkünlərə dair əsas prinsiplərində (UN Guiding Principles on İDPs) öz əksini tapmış qayda və normalar əsasında öhdəlikdaşıyıcı sənədin işlənib hazırlanmasının nəzərdən keçirilməsi üçün uyğun zaman olduğunu bir daha qeyd etməliyik. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizə qədər hissəsinin işğalı insanların öz doğma yurdlarından zorla didərgin salınmasına səbəb olmuşdur. Bu problem 25 ildən çoxdur ki, həllini tapmır. Ermənistanda aparılmış etnik təmizləmə siyasəti və Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun işğalı nəticəsində ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin sayı bir milyon iki yüz min nəfərdən çoxdur. 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib olan ölkələrdən biridir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən hələ 1993-cü ildə qəbul edilmiş 4 qətnamənin, həmçinin digər nüfuzlu beynəlxalq təşkilatların qərarlarının bu günə kimi həll edilməməsi anlaşılmazlıq doğurur. Ermənistan beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozur, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni adlarını dəyişdirərək məcburi köçürülmüş azərbaycanlıların öz doğma yurdlarına qayıtma hüququnu rədd edir, hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylərini davam etdirir. Ermənistan Hökuməti həmçinin dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək, Suriyadan olan erməni əsilli qaçqınları işğal etdiyi Azərbaycan ərazilərində yerləşdirir. Azərbaycan Hökuməti öz doğma yerlərini tərk etməyə məcbur olmuş insanların problemlərini əsasən öz üzərinə götürmüşdür. 20 ildən çox müddət ərzində Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6 milyard ABŞ dollarından çox vəsait xərclənmiş və 250 min nəfər qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni salınmış 93 müasir qəsəbəyə köçürülmüşdür. Bu kateqoriya insanlar arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enmişdir. Bizim məcburi köçkünlərin problemlərinin həllindəki nailiyyətlərimiz nüfuzlu beynəlxalq təşkilatlar və ölkələr tərəfindən müsbət qiymətləndirilmişdir. Azərbaycan Hökuməti tərəfindən edilmiş böyük səylərə baxmayaraq, bu günədək 400 000-dən çox məcburi köçkün köhnə və yararsız ictimai binalarda çətin şəraitdə yaşamaqda davam edir. Ölkədəki məcburi köçkün probleminin böyük həcmi və hələ də davam etməsi səbəbindən beynəlxalq təşkilatların və donorların dəstəyinə ehtiyac duyulmaqdadır. Məcburi köçkünlərin insan hüquqlarının tam bərpa edilməsi münaqişənin beynəlxalq hüquq normalarına, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini tələb edir. Azərbaycanın bu məsələdə mövqeyi çox aydındır: bütün Azərbaycan əraziləri işğaldan azad edilməli və məcburi köçkünlərin öz yurdlarına ləyaqətlə qayıtmaq hüququ təmin edilməlidir. Biz ümidvarıq ki, Böyük Sülh Sazişi əldə ediləndən sonra Azərbaycan və erməni xalqları əvvəllər olduğu kimi qonşuluqda etimadlı yaşayışı davam etdirəcəklər. Fürsətdən istifadə edərək, Ali Komissar cənab Antoni Quttereşin 10 illik fəaliyyəti dövründə gördüyü işlərə Azərbaycan Hökumətinin və öz şəxsi münasibətimi bildirmək istəyirəm. Xüsusilə qeyd etmək istərdim ki, cənab Quttereş mövcud problemlərə yüksək həssaslıq və peşəkarlıqla yanaşıb, baxmayaraq ki, onun fəaliyyəti dövründə dünyada qaçqınların və məcburi köçkünlərin sayı ciddi surətdə artdı, lakin cənab Quttereş bir Ali Komissar kimi öz vəzifə borcunu yüksək bacarıqla və layiqincə icra etmişdir. Məcburi köçkün probleminə isə diqqət, qayğı məhz cənab Quttereşin fəaliyyəti dövründə ön plana çəkildi. Bütün bunlara görə cənab Quttereşə Azərbaycan Hökuməti və şəxsən öz adımdan səmimi təşəkkür edir, ona şəxsi həyatında və gələcək fəaliyyətində uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm. Qeyd edək ki, 2007-ci ildə təsis edilən Müdafiənin Vəzifələri üzrə Dialoqun məqsədi BMT QAK, ölkələr və digər tərəfdaşların qlobal müdafiə məsələlərinə dair müzakirələrini təşkil etməkdir. Plenar sessiyalar, müzakirələr və digər formatlı tədbirlərin nəticələri Ali Komissarlıq tərəfindən ümumiləşdirilir və gələcək fəaliyyət üçün tövsiyələr şəklində təqdim olunur. Yüksək səviyyəli görüş dekabrın 17-də başa çatacaq. x x x Həmin gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş ilə görüşü keçirilib. Əli Həsənov Antonio Quterreşin 10 illik fəaliyyəti dövründə gördüyü işləri yüksək qiymətləndirib, Azərbaycanın qaçqın və məcburi köçkün problemlərinə həssas yanaşmasına və bu problemləri diqqətdə saxlamasına görə ona Azərbaycan hökuməti adından təşəkkür edib. O, Azərbaycan hökumətinin müraciətinə cavab olaraq ilk ali komissar kimi məhz Antonio Quterreşin fəaliyyəti dövründə təkcə qaçqınlara deyil, eyni zamanda, məcburi köçkünlərə də yardım göstərilməsinin böyük insanpərvər addım olduğunu vurğulayıb. Baş nazirin müavini ali komissarın beynəlxalq quruma rəhbərlik etdiyi dövrdə qaçqınların problemlərinə göstərilən diqqətin, peşəkar yanaşmanın və qazanılmış təcrübənin hazırkı mürəkkəb dövrdə və gələcəkdə bu təşkilatın işinə töhfə verəcəyini qeyd edib. Azərbaycan hökumətinin BMT QAK ilə əməkdaşlığa xüsusi diqqət yetirdiyini qeyd edən Əli Həsənov qurumun Bakı ofisi ilə bundan sonra da sıx əməkdaşlıq ediləcəyini və beynəlxalq təşkilatın fəaliyyəti üçün maddi dəstəyi əsirgəməyəcəyini vurğulayıb. A.Quterreş səmimi fikirlərə görə təşəkkür edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkün problemlərini daim diqqətdə saxladığını məmnuniyyətlə qeyd edib. O, qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycanda görülən işləri yüksək qiymətləndirib, bununla yanaşı, onların öz ata-baba yurdlarına geri qayıtma hüququnun təmin olunmasının və bu münaqişənin həll edilməsinin vacibliyini vurğulayıb. Ali komissar rəhbərlik etdiyi quruma Azərbaycan hökumətinin göstərdiyi dəstəyə görə minnətdarlıq edib, lakin ölkə rəhbərliyinin artıq ən böyük dəstəyi indiyədək göstərdiyini, yəni, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün böyük vəsaitlərin ayrıldığını, təqdirəlayiq işlərin görüldüyünü qeyd edib. O, Azərbaycanın bu fəaliyyətinin təşkilata maddi dəstək niyyətindən qat-qat yüksəkdə dayandığını, qaçqın və məcburi köçkünlər üçün ölkədə həyata keçirilən layihələrə və bütün humanitar təşəbbüslərə görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını ifadə edib. Azərbaycanda olarkən qaçqınlar üçün yaradılmış şəraitlə şəxsən tanış olduğunu bildirən A.Quterreş Azərbaycan rəhbərliyinin qaçqınlar və məcburi köçkünlərə göstərdiyi qayğının dünyanın bir çox ölkələri üçün nümunəvi xarakter daşıdığını vurğulayıb.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir