"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 988
Gələcək əməkdaşlq əlaqələri müzakirə edilmişdir.
Mətbuat xidmətinin məlumatı 19 Yanvar, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov yanvarın 19-da İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşmüşdür. Tanışlıq məqsədilə keçirilən görüşdə səfiri bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla İsveç arasında, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə etmişdir. Baş nazirin müavini iki ölkə arasında müxtəlif sahələrdə mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini qeyd etdi, bunun üçün yaxşı potensialın olduğunu dedi və hökumətlərarası münasibətlərin bundan sonra da davam və inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Ölkəmizin müstəqillik əldə etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, problemin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icra mexanizminin olmamasından təəssüfləndiyini bildirmişdir. O, həmçinin diqqətə çatdırmışdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal edən Ermənistan milli-mədəni sərvətlərimizi talan edib, bütün infrastruktur dağıdılıb. Ermənistan BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara məhəl qoymur. ATƏT-in Minsk qrupunun problemin həlli istiqamətində danışıqları isə indiyədək heç bir nəticə verməyib. Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidenti müstəqil siyasət həyata keçirir və bütün ölkələrlə əməkdaşlıq edir. Ancaq nə üçün bizim bu problem həll olunmur. Heç kim bu suala cavab vermir. Amma bilməlidirlər ki, ədalət gec-tez öz yerini tutacaq. Bu haqsızlığı törədənlər nə vaxtsa bununla rastlaşacaqlar. Görüşdə Baş nazirin müavini deyib: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik, hüquqi dövlət qurub. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün istiqamətdə irəliləyir və hər zaman da uğurlar əldə edir. Artıq bir neçə ildir ki, Azərbaycan Prezidenti beş strateji vəzifə müəyyənləşdirib: yoxsulluğun həddinin minimuma endirilməsi. Bu rəqəm artıq 4 faiz həddindədir. Bu vəzifələr arasında neft amilindən asılılığın azaldılması da var. Cənab Prezident bu sahədə çox uzaqgörənlik edib. O, hələ 2008-ci ildə göstəriş vermişdir ki, neftdən əldə olunan gəlir qeyri neft sektoruna yönəlsin. Əgər bunlar olmasaydı bu gün çox böyük çətinliklərlə qarşılaşardıq. BMT sənədlərində Azərbaycan sürətlə inkişaf edən ölkələr arasında mühüm yer tutur. Diqqət mərkəzində olan digər vəzifələrdən biri də insan hüquqlarının qorunması və korrupsiyaya qarşı ardıcıl mübarizə aparılmasıdır. Hər bir strateji istiqamətdə dövlət proqramları var və uğurla icra olunur. Azərbaycan öz inkişaf tempi ilə dünya ölkələri arasında çox önəmli bir yerdədir və bir neçə istiqamət üzrə dünyanın maraq mərkəzindədir. İlk növbədə Ölkə Prezidentinin müstəqil siyəsət yürütməsi, ölkəmizin dünyanın ən tolerant ölkələrindən biri olması, xalq olaraq sülhməramlı olmağımız və s. Bu gün Azərbaycan dünya üçün açıq, tolerant bir ölkədir. Burada bütün millətlərin, dinlərin nümayəndələri əmin-amanlıq şəraitində, bir ailə kimi yaşayırlar, onların öz ibadət yerləri var. Bakıda kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Son on ildə ölkəmizdə iki dəfə dinlərarası beynəlxalq konfrans keçirilib. Bu tədbirlərdə 160-dək ölkənin dini rəhbərləri iştirak edib. Məhz buna görə də Ölkə Prezidenti bu ili multikulturalizm ili elan edibdir. Ərazilərimizin işğal olunmasına baxmayaraq Azərbaycan MDB məkanında ən sabit, təhlükəsiz bir ölkədir. Artıq bu gün bizi neft-qaz ölkəsi kimi yox, qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal olaraq, “Eurovision” mahnı müsabiqəsini, ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarını, beynəlxalq dialoq forumlarını və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar. Ölkəmiz MDB məkanında müstəqil siyasət yürütməklə dünyada ən layiqli yerini tutub. Azərbaycanda son 10 ildə 1 milyon 300 min yeni iş yeri yaradılıb. İnsanların normal yaşaması üçün hər cür şərait var. Məqsəd 2020-ci ilə qədər neftdən asılılıqdan qurtulmaq, yoxsulluğu tam aradan qaldırmaqdır. Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib”. Baş nazirin müavini bildirdi ki, əgər torpaqlarımız işğal altında olmasaydı, qaçqın və məcburi köçkün problem ilə üzləşməsəydik ölkəmizin əldə etdiyi naliyyətlər daha da böyük olardı. Bu gün Avropa ölkələri 600-700 min qaçqının əlində aciz qalıb. Görün o ölkələrdə həmin qaçqınlar hansı problemlərlə üzləşirlər. Bu insanların bütün huquqları tamam pozulub, Bəs 10 milyona yaxın əhalisi olan Azərbaycan 1 milyon 200 min qaçqın və məcburi köçkünün öhdəsindən 20 ildir necə gəlir?! Azərbaycan dövləti qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradır. Son 20 ildə qaçqın və məcburi köçkünlər üçün 94 müasir qəsəbə salınıb, indiyədək həmin qəsəbələrə 250 min qaçqın və məcburi köçkün köçürülüb və bu proses davam edir. Hətta BMT-nin QAK bu sahədə ölkəmizin nümunəvi təcrübəsindən istifadə edir. Eyni zamanda ölkəmizdə beynəlxalq təşkilatlar üçün çöx şəffaf bir şərait yaradılmışdır. Azərbaycan Prezidentinin bu istiqamətdə gördüyü işlər bütün dünya üçün nümunədir. Görüşdə Baş nazirin müavini eyni zamanda İsveç yazıçısı Astrid Lindqren uşaq ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunaraq məcburi köçkün məktəblərinə verilməsi ilə bağlı həyata keçirilən layihəni yüksək qiymətləndirmişdir. Səmimi qəbula və hərtərəfli məlumata görə minnətdarlığını bildirən xanım diplomat ölkələrimiz arasındakı iqtisadi münasibətlərin gələcək illərdə də yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirmişdir. Ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, azərbaycanlı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, onların doğma ocaqlarına qaytarılmasına hər zaman xüsusi diqqət verdiyini deyən diplomat Azərbaycanda gedən sürətli iqtisadi inkişafı, Azərbaycan dövlətinin qısa müddətdə beynəlxalq aləmdə böyük nüfuz sahibi olmasını, qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işləri yüksək qiymətləndirmiş, gələcəkdə də daha çox İsveç şirkətinin Azərbaycanda fəaliyyət göstərəcəyinə ümidvar olduğunu bildirdi və Azərbaycandakı diplomatik fəaliyyəti dövründə iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb