"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1929
Baş nazirin müavini Əli Həsənov Füzuli və Tərtər rayonlarında məcburi köçkünlərlə görüşüb
Mətbuat xidmətinin məlumatı 18 May, 2016
Dövlətqaçqınkomun sədri Tərtərin Şıxarx kəndində böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonuna səfəri çərçivəsində on il əvvəl Zobucuqda salınmış qəsəbədə olub, burada məcburi köçkünlərlə görüşüb, onlarla fikir mübadiləsi aparıb. Söhbət zamanı qəsəbə sakinləri heç bir problemlərinin olmadığını, təmiz havası, suyu, qidası olan belə bir ərazidə bütün sosial, texniki infrastruktura malik qəsəbələrin salınmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Onlar işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanımızın əmri ilə hər an hərbçilərimizlə bir yerdə olacaqlarını vurğulayıblar. Baş nazirin müavini Füzuli rayonunda məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə baxış keçirərkən bütün ərazilərdə taxıl zəmilərində becərmə işlərinin aparıldığının, yolların kənarında yaşıllıq sahələrinin salındığının, minlərlə çinar ağacının əkildiyinin şahidi olduğunu deyib. x x x Tərtərə səfəri zamanı isə Baş nazirin müavini Əli Həsənov rayonun Şıxarx kəndində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, o cümlədən Laçın rayonundan məcburi köçkün 82 yaşlı Əvəz Mikayılovun evinə baş çəkib və onunla ətraflı söhbət edib. Əvəz Mikayılov bu gün oğlanlarının və hətta yaşının çox olmasına baxmayaraq özünün də döyüşə getməyə hazır olduğunu deyib. Şıxarx kəndində olarkən Əli Həsənov böyük hissəsi ermənilər tərəfindən dağıdılmış “Marağa-150” abidəsinə də baxıb. Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də “Marağa–150” abidəsidir. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir.Baş nazirin müavini Əli Həsənov abidənin tezliklə bərpa olunmasının, ölkəmizə səfər edən insanlara, xarici mətbuat nümayəndələrinə göstərilməsinin vacibliyini bildirib. O, bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcəyini qeyd edib.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb