"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1075
Yaponiyanın “Fuji Optical” şirkətinin Azərbaycandakı fəaliyyəti humanistlik və xeyirxahlıq nümunəsidir
Mətbuat xidmətinin məlumatı 23 May, 2016
Mayın 23-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov Yaponiyanın “Fuji Optical Co.LTD” şirkətinin rəhbəri, 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görülmüş dünya şöhrətli optometrist Akio Kanai ilə görüşüb. Görüşdə Əli Həsənov Azərbaycan və Yaponiya hökumətləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib. Bildirib ki, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Yaponiyanın Azərbaycana dost ölkə olduğunu deyən Baş nazirin müavini əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu, eləcə də Yaponiyanın ölkəmizdəki və Azərbaycanın Yaponiyadakı səfirliklərinin fəaliyyətlərini qeyd edib. Baş nazirin müavini bildirib ki, Yaponiya müstəqillik illərində Azərbaycanın müxtəlif təşkilatlarına ən çox kredit ayıran ölkədir. Yaponiya, həmçinin beynəlxalq təşkilatlar vasitəsilə, xüsusilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK), ABŞ-ın qeyri-hökumət təşkilatları, Yaponiya Fondu, “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi vasitəsilə ölkəmizdəki qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərib. “Ot kökləri və insan təhlükəsizliyi” layihəsi vasitəsilə ayrılmış vəsaitlər hesabına ölkəmizdə həm köçkünlər, həm də yerli əhali üçün 70-dən çox məktəb tikilib, həmçinin gənclərə dəstək layihəsi üçün də qrant ayrılıb. Əli Həsənov BMT QAK-a bir çox hökumətlərin, beynəlxalq təşkilatların, özəl qurumların donorluq etdiyini deyib. Bildirib ki, bu özəl təşkilatlardan biri “Fuji Optical”dır. BMT QAK “Fuji Optical” şirkəti vasitəsilə 2005-ci ildən Azərbaycanda uğurla fəaliyyət göstərir. Həmin ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə, 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb. Baş nazirin müavini Azərbaycandakı qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə göstərilən təmənnasız optometrik xidmətə görə Akio Kanaiyə təşəkkürünü bildirib, bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırıb. Əli Həsənov Yaponiyaya etdiyi rəsmi səfəri, keçirdiyi görüşləri, eyni zamanda, Sapporo şəhərində “Fuji Optical”in müəssisində olduğunu xatırladıb və Akio Kanainin rəhbərliyi ilə bu xeyirxah missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradıldığını söyləyib. O, yapon xalqının qonaqpərvər, eyni zamanda, insanpərvər xalq olduğunu vurğulayıb. Akio Kanainin 2006-cı ildə “Nansen qaçqın mükafatı”na layiq görüldüyünü xatırladan Baş nazirin müavini bildirib ki, dünya şöhrətli optometrist məhz o mükafatı da Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsində azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün su artezian quyusunun qazılmasına sərf edib. Baş nazirin müavini qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan artıq azərbaycanlıya ən çox hərtərəfli yardım edən ölkələrdən biri də məhz Yaponiya olub. 2004-cü ildə ölkəmizdə Yaponiya Hökumətinin vəsaiti hesabına 412 evdən ibarət qəsəbə tikilib. “Fuji Optical” şirkətinin prezidenti Akio Kanai Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraitdən məmnunluğunu qeyd edib. O, missiyanın uğurla həyata keçirilməsinə lazımi kömək göstərdiyinə görə Azərbaycan Hökumətinə, yerli icra strukturlarına minnətdarlığını bildirib. On ildən artıqdır ölkəmizə mütəmadi olaraq səfər etdiyini söyləyən optometrist Azərbaycanda gördüyü qonaqpərvərliyin, mehribanlığın onda xoş təəssüratlar yaratdığını söyləyib. O, gələcəkdə də bu missiyanın davam etdiriləcəyini bildirib. Görüşdə iştirak edən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson Akio Kanainin rəhbərliyi ilə xeyirxah missiyanın hər səfərinin uğurla həyata keçirilməsi üçün yaratdığı şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. O, “Fuji Optical” şirkətinin Azərbaycanda xeyirxah missiyasını gələcəkdə də uğurla davam etdirəcəyinə əminliyini bildirib.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi