"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1557
ABŞ-ın Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 01 İyul, 2016
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov iyulun 1-də ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Robert Sekutanın müraciəti əsasında onunla görüşüb. Qəbula görə minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta aprel hadisələrindən sonra Yevlax, Bərdə, Goranboy və Tərtər rayonlarına səfər etdiyini, orada məskunlaşan məcburi köçkünlərlə görüşdüyünü, insanların öz doğma torpaqlarına qayıtmağın şahidi olduğunun, Bərdə rayonu Yenidaşkənd ərazisində həyata keçirilən su təchizatı layihəsi ilə maraqlandığını bildirmiş və təmas xəttində baş verən son hadisələrin yenidən təkrarlanmaması üçün öz səylərini gücləndirdiklrini diqqətə çatdırmışdır. Görüşdə Baş nazirin müavini Əli Həsənov Ölkə Prezidenti cənab İlham Əliyevin ABŞ-a səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri xatırlamış və bu görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirmişdir. O, həmçinin cənab Prezidentin apardığı xarici siyasətin nəticəsində Azərbaycan və ABŞ arasında hər zaman yaxşı əlaqələrinin olduğunu və bu münasibətlərin bu gündə inkişaf etdiyini bildirib. Görüşdə Baş nazirin müavini ABŞ-a etdiyi səfərə toxunaraq bildirib: ”Bu ilin 19-21 aprel tarixində BMT Baş Assambleyası dünyada narkotik probleminin vəziyyətini müzakirə etmək üçün xüsusi bir sessiya təşkil etdi. Cənab Prezidentin tapşırığına əsasən həmin tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri kimi mənim rəhbərliyimlə nümayəndə heyəti də iştirak etdi və Azərbaycan hökuməti adından çıxış etdim. BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında əsas tribunadan birinci beş şəxsə söz verildi ki, onlardan biri Azərbaycan nümayəndə heyəti oldu. Təbii ki, bu Azərbaycan dövlətinə və Prezidentinə olan münasibətdən irəli gələn bir məsələ idi. Həmin xüsusi sessiyada çıxışımızda bildirdik ki, əvvəllər Əfqan narkotiki ölkəyə 3 marşurutla daxil olurdu və 4-cü marşurutun isə işğal altında olan ərazilərdən, yəni dövlət sərhədlərimizin 132 km bizim nəzarətimiz altında olmaması, bilavasitə Ermənistanın nəzarəti altında olması, həmin işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən külli miqdarda narkotiklərin əkilib becərilməsi, orada xüsusi laboratoriyalar vasitəsilə onun hazırlanması və satış üçün xaricə göndərilməsi təşkil edilir. Ondan əldə olunan gəlirlərlə silah alınır və bizim ölkəyə qarşı yönəlməsi faktlarını sadaladıq. Bundan əlavə bildirdik ki, orada xüsusi hərbi birləşmələrin formalaşdırılması və dünyada olan konflikt zonalarına göndərilməsi halları mövcuddur.” Aprel ayında baş vermiş hadisələrindən sonra Füzuli, Ağdam və Tərtər rayonlarına səfəri haqqında məlumat verən Baş nazirin müavini diqqətə çatdırmışdır ki, ermənilərin Ağdam, Tərtər və Ağcabədi rayonlarının yaşayış məntəqələrini, mülki əhalini atəşə tutması nəticəsində 17 nəfər məcburi köçkün şəhid olub, ümumilikdə götürdükdə məcburi köçkünlərin məskunlaşdıqları 452 mənzilə ziyan dəyib, onlardan 15-i tamamilə, 437-si qismən dağıdılıb, 311 iri və xırdabuynuzlu mal-qara tələf edilib. Lakin bütün bunlara baxmayaraq yerli əhali kimi məcburi köçkünlər də ordumuzun gücünə inanaraq doğma yerlərində yaşamaqda davam edir, Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin güclü dəstəyini, diqqətini, qayğısını görür və yüksək qiymətləndirirlər. Ermənilərin təxribatçı hücumları nəticəsində zərərçəkmiş bütün evlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə əvvəlkindən də yaxşı səviyyədə bərpa edilir və bütün bu işlər qısa müddətdə başa çatdırılacaq. Bundan başqa məcburi köçkünlərə dəymiş maddi ziyan hamısı hesablanıbdır. Onların hər birinə bankda hesab açılıbdır və bu vəsait onların şəxsi hesabına köçürülübdür. Əli Həsənov həmçinin vurğulamışdır ki, 1993-cü ildə Ermənilər bizim mülki əhalini atəşə tuturdular. İnsanların arxasında güclü ordu olmadığından onlar o əraziləri tərk etdilər. Bu ilin aprel ayında ermənilərin təmas xəttində yerləşən yaşayış məntəqələrini atəşə tutmaqla faşist Sarkisyan rejimi fikirləşirdi ki, yenə əhali öz yerlərini tərk edəcək. Ancaq onlar səfə yol verdilər. Onlar bilməlidirlər ki, bu xalq o vaxtki xalq deyil. Bu gün xalqın arxasında güclü ordu var. Hələ Ulu Öndər Heydər Əliyevin vaxtında, 1993-cü ilin dekabrında Horadiz əməliyyatı zamanı Prezident, xalq və ordu arasında birlik təmin edildi. Həmin bu birlik 2-5 aprel tarixlərində yenidən baş verdi. Bu gün Azərbaycan Prezidenti ilə Azərbaycan xalqı və ordusu arasında monolit birlik var və bunun nəticəsidir ki, 2-5 aprel tarixlərində ordumuz bu uğurları əldə etdi. Ermənilər dərk etməlidirlər ki, sülhə gəlməkdən başqa yol yoxdur. Hesab edirəm ki, orada olan xalq bunu bilir, ancaq hakimiyyətdə olan faşist rejimi bunu istəmir, çünki onlar bu problemin üstündə hakimiyyətə gəliblər. Bəzən ATƏT-in Minsk Qurupunun Həmsədirləri deyirlər ki, bu xalqların yenidən qonşuluqda yaşamaları üçün qarşılıqlı etimad lazımdır. Ancaq onlar bilməlidilər ki, bu xalqlar 200 il qonşuluqda yaşayıblar və bundan sonra da yaşamalıdırlar. ATƏT-in Minsk Qurupu xalqlar arasında sorğu aparsalar onda onlar reallığı görərlər.Burada zərər çəkən xalqdır. Ancaq xalq qalıb kənarda. Erməni xalqı da bu problemin həll olunmasını çoxdan istəyir. Heç olmasa bu ölkənin faşist Prezidenti öz xalqını fikirləşsin. 20 ildir Sarkisyan öz xalqına nə verib? Hər dəfə daxildə gərginlik yaranada Sarkisyan rejimi atəşkəsi pozur və xalqın fikirini yayındırır. Görüşdə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta deyib ki, Dağlıq Qarabağ münaqişəsinin davam etməsinə, məcburi köçkünlərin düşdüyü ağır vəziyyətə baxmayaraq, humanitar nöqteyi-nəzərdən görülən işlərə baxdıqda demək olar ki, ölkəniz onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. Bura gəldiyim ilk gündən belə bir fikir səsləndirmişəm ki, uzun illərdir insanların yaddaşına hopmuş "dondurulmuş münaqişə" ifadəsi yanlışdır, belə bir şey yoxdur. Azərbaycan-ABŞ münasibətlərindən danışan Robert Sekuta məqsədinin iki dost ölkə arasındakı münasibətlərin inkişafına töhfə vermək olduğunu deyib. Ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi yanaşdığını bildirən diplomat deyib ki, rəsmi Vaşinqton çox diqqətlə cəbhə bölgəsinin təmas xəttində baş verən hadisələri izləyir. Son dövrlərdə qoşunların təmas xəttində gərginliyin artması bizi narahat edir.İnsan itkilərinin artması bizi səylərimizi daha da artırmağa və sülhə nail olmağa çağırır. Bu problemin həll olunması üçün birgə səylər göstərmək lazımdır. Azərbaycan ilə ABŞ arasında bir sıra sahələrdə geniş imkanların olduğunu söyləyən səfir bildirib ki, mövcud imkanlar hesabına əlaqələri daha da genişləndirməliyik. Bu gün iki ölkənin birgə görməli olduğu işlərin ən vacibi uzun müddətdir davam edən, tez bir zamanda dinc yolla həlli vacib olan Dağlıq Qarabağ münaqişəsidir ki, ABŞ Minsk qrupunun həmsədrlərindən biri olaraq, digər həmsədrlərlə və Azərbaycanla birgə bu istiqamətdə səylərini artıracaq. Sonda Əli Həsənov nəzərə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz əzəli torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaqdır. Biz problemin sülh yolu ilə həll olunmasını istəyirik. Cənab Prezident eyni zamanda bildirib ki, biz hətta istəmirik ki, erməni analarının da, gözləri yaşlı olsun. Bu cənab Prezidentin humanistliyidir, insanpərvərliyidir.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”