"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1115
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kollegiya iclası keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 23 İyul, 2016
İyulun 22-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun rəhbərliyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci yarısının yekunlarına və kollektivin qarşısında duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. Kollegiyanın gündəliyinə daxil edilmiş məsələlərin müzakirəsi zamanı xüsusilə diqqət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının dərin məzmunlu və proqram xarakterli çıxışından irəli gələn vəzifələrin və verilmiş tapşırıqların icrasına yönəldilərək qeyd edilmişdir ki, dövlətimizin başçısının da bildirdiyi kimi, müəyyən iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanın uğurlu inkişafı cari ildə də təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai- siyasi sabitlik möhkəmlənir, ölkə qarşısında duran bütün vəzifələr uğurla icra olunur. Bu baxımdan respublikamızda gedən davamlı inkişafdan, ölkədə aparılan geniş abadlıq-quruculuq işlərindən, reallaşdırılan layihələrdən, sosial problemlərin həllindən ətraflı söhbət açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, müasir dövrdə dünyada baş verən hadisələr, siyasi qarşıdurmalar, neftin qiymətinin kəskin ucuzlaşması, maliyyə, siyasi və iqtisadi böhranlar təbii ki, Azərbaycandan da yan keçməyib. Ancaq dəfələrlə belə hadisələrin şahidi olsaq da ölkəmiz hər dəfə yaranmış vəziyyətdən uğurla çıxıb. Dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş strategiya və ölkədə həyata keçirilən yeni sosial-iqtisadi islahatlar nəinki yaranmış böhrandan doğan çətinlikləri aradan qaldırmış, eyni zamanda əhalinin həyat səviyyəsinin yüksəlməsinə öz təsirini göstərmişdir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, onların müxtəlif problemlərinin həllinə hərtərəfli dövlət qayğısının müntəzəm diqqət mərkəzində saxlanılmasını önə çəkən Baş nazirin müavini Əli Həsənov bildirmişdi ki, bu gün olkədəki bütün qaçqın və məcburi köçkünlər tam dövlətin təminatındadır, onların problemlərinin həlli dövlətimizin başçısı cənab İlham Əliyevin gündəlik diqqət mərkəzindədir. Bunun bariz nümunəsi kimi bu günlərdə Azərbaycan Respublikası Prezidentinin iyulun 18-də imzaladığı “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” və bundan cəmi iki gün sonra iyulun 20-də “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamlarını diqqətə çatdıran Baş nazirin müavini Əli Həsənov bütün bunları məcburi köçkünlərə dövlət başçısının ən yüksək diqqət və qayğısı kimi dəyərləndirmişdir. Baş nazirin müavini Əli Həsənov qeyd etmişdir ki, bu gün dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq Azərbaycanda dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində bir çox məsələlər özünün müsbət nəticəsini tapmış, sosial layihələrin icrası davam etdirilmişdir. Ölkəmizdə nəzərdə tutulan bütün proqramların icra edildiyini, hələ 2008-ci ildən dünyada bir neçə ildən sonra başlayacaq iqtisadi böhran barədə ölkə başçısı tərəfindən proqnoz verildiyini, və onun qarşısının alınması məqsədi ilə konkret tapşırıqlar verildiyini qeyd edən Əli Həsənov bu böhranın 2016-cı ildə də Azərbaycana ciddi təsir etmədiyini, əksinə bir çox sahələrdə inkişafa nail olunduğunu diqqətə çatdırmışdır. Baş nazirin müavini vurğulamışdır ki, o qədər də asan olmayan geosiyasi vəziyyət və qlobal iqtisadi böhran fonunda bunlar ölkəmiz üçün böyük uğurdur. Prezident İlham Əliyevin bildirdiyi kimi, 2016-cı il ciddi iqtisadi islahatlar ili olacaq, bu il bizim iqtisadiyyatımız daha da güclənəcək. Ötən il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesi sahələrində artıma nail olunduğunu, xüsusilə regionların elektrik enerjisi, içməli su, təbii qazla təmin olunmasında, abadlıq və quruculuq işlərinin, sosial-infrastruktur layihələrinin geniş vüsət almasında hərtərəfli inkişafa nail olunduğunu bildirən Ə.Həsənov Prezident İlham Əliyevin ölkəmizdəki qaçqın və məcburi köçkünlərə hərtərəfli qayğı və diqqətindən də danışaraq bildirmişdir ki, cənab Prezidentin sərəncamı ilə təsdiq olunmuş müvafiq Dövlət Proqramlarına və onlara edilmiş əlavələrə uyğun olaraq indiyədək onların sosial-məişət şəraitlərini yaxşılaşdırımaq məqsədilə müxtəlif ərazilərdə bütün sosial-texniki infrastruktura malik 94 müasir tipli qəsəbə salınmış və bu qəsəbələrə 243 min məcburi köçkün köçürülmüşdür. Hazırda bu işlər uğurla davam etdirilir. Bütün bunları ölkə rəhbərinin respublikanın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə, onun güzəranını yaxşılaşdırmağa önəm verdiyinin, sosial məsələlərin həllinə böyük diqqət yetirdiyinin bariz nümunəsi kimi dəyərləndirən Əli Həsənov bildirmişdir ki, son illərin reallıqları göstərir ki, ölkənin iqtisadi inkişafından, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividentlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Ölkəmizin bir saylı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının bəzi qüvvələrin maraqlarına xidmət etdiyini deyən Əli Həsənov onu da bildirib ki, bu işdə biz özümüzə və öz gücümüzə arxalanmalıyıq, problemin həllində Azərbaycan xalqının, o cümlədən məcburi köçkünlərin yeganə ümid yeri hər bir azərbaycanlının Prezidenti cənab İlham Əliyevdir! Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün prioritet məsələdir. Bu məsələnin tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim üçün əsas vəzifədir. Aprel hadisələrinə toxunan Baş nazirin müavini Əli Həsənov bildirdi ki, Ermənistanın silahlı qüvvələri bizim ərazilərimizə silahlı hücum təşkil etmiş və mülki əhaliyə ciddi ziyan vurmuşdular. Ancaq qüdrətli Azərbaycan ordusu düşmənə layiqli cavab verdi. Ermənistanın faşist cinayətkar rejimi bilməlidir ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır. Ermənistanın niyyəti münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqdır. Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. Hesab edirəm ki, aprel döyüşlərinin nəticələri Ermənistan üçün dərs olacaq, onlar lazımi nəticələr çıxaracaqlar və danışıqlar prosesində konstruktiv mövqe ilə çıxış edəcəklər. Son bir-iki ay ərzində danışıqlar prosesində böyük fəallıq var. ATƏT-in Minsk Qrupunun üzvü olan ölkələrin rəhbərləri də bu məsələdə fəallıq nümayiş etdirirlər. Ancaq keçən dövr ərzində ATƏT-in Minsk qrupu münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər. Baş nazirin müavini Əli Həsənov eyni zamanda qardaş Türkiyə Cumhuriyyətində baş vermiş son hadisələrə də toxunmuş və bildirmişdir ki, Azərbaycan dövləti və ictimaiyyəti bu hadisələrdən böyük narahatçılıq keçirmiş, və ölkə Prezidenti cənab İlham Əliyev bu dəfə də Türkiyənin yanında olduğunu açıq şəkildə bütün dünyaya nümayiş etdirdi. Kollegiya iclasında həmçinin bildirilmişdir ki, həmişə olduğu kimi, cari ildə də qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlət başçısının ən çox diqqət yetirdiyi prioritet sahələrdən biri olmaqla cənab Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramına və ona edilmiş əlavələrə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir. Ümumilikdə götürdükdə Dövlətqaçqınkomun kollektivi qarşıya qoyulmuş vəzifələrin uğurlu icrasına nail olmuşdur. Kollegiya iclasında əminliklə vurğulanmışdır ki, cari ildə də bu sahəyə müntəzəm qayğı və diqqət göstərilməklə qarşıya qoyulan vəzifələr öz həllini tapacaqdır.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib