"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1158
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 28 Sentyabr, 2016
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov sentyabrın 27-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul etmişdir Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin dəvəti əsasında 2016-cı il 3-7 oktyabr tarixlərində Cenevrə şəhərində keçiriləcək Ali Komissarın Proqramının İcraiyyə Komitəsinin növbəti 67-ci sessiyasında Baş nazirin müavini cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı və səfərlə bağlı digər məsələlər haqqında fikir mübadiləsi aparılmışdır. Furio de Angelis BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsakzai ilə birlikdə 31 avqust- 2 sentyabr tarixlərdə məcburi köçkünlərin vəziyyəti ilə tanış olmaq, həmçinin məcburi köçkün icmalarının sosial və iqtisadi rifahı barədə məlumat əldə etmək məqsədi ilə Bərdə, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarına səfərlərinin nəticələri haqqında öz təəssüratlarını çatdırdı. O bildirdi ki, səfər proqramı çərçivəsində məcburi köçkünlər üçün yeni salınmış yaşayış komplekslərinə də baxıblar, eyni zamanda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirələn layihələrlə tanış olublar.Səfərlərinin əsas məqsədlərindən birinin bu problem haqqında dünya ictimaiyyətinə məlumat çatdımaqdan ibarət olduğunu qeyd edən Furio de Angelis həmçinin Tərtər rayonunda Həsənqaya, Şıxarx, Çaylı kəndlərində olduqlarını, burada yaşayan sakinlərlə görüşdüklərini və müvafiq maddi yardım göstərdiklərini qeyd etmişdir. O, həmçinin Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yaradılmış şəraitdən heyran qaldıqlarını vurğulamışdır. Görüşdə Furio de Angelis diqqətə çatdırdı ki, gələcəkdə əhalinin növbəti siyahıya alınması zamanı onların da müvafiq təklifləri var və bu məsələ ilə bağlı aidiyyəti qurumlarla birgə müzakirələr aparılacaqdır. Baş nazirin müavini Əli Həsənov BMT QAK-ın rəhbərliyinin Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə həmişə diqqətlə yanaşdığını, sabiq ali komissarlar xanım Sadako Oqata və Antonio Quterreşin Azərbaycana səfərlərinə, çadır düşərgələrindəki və digər ərazilərdə məcburi köçkünlərin vəziyyəti ilə yaxından tanış olmalarına toxunaraq, bu gün Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan hökuməti ilə BMT QAK arasındakı əlaqələrin yaxşı əsaslar üzərində qurulduğunu, bu əlaqələrin daha da inkişaf etdiyini, və bunun məcburi köçkünlər öz doğma yurdlarına qayıdandan sonra da davam edəcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır. Furio de Angelisin qısa müddətdə fəaliyyətə başlamasına baxmayaraq çox aktiv fəaliyyət göstərdiyini deyən Əli Həsənov onların bölgələrə səfər edərək məcburi köçkünlərlə görüşmələrini, bu problem haqqında dünya ictimaiyyətini məlumatlandırmaları üçün təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, bu problemin dondurulmuş halda saxlanmasında maraqlı olan dövlətlər var. Əgər onlar istəsə bu problem tezliklə öz həllini tapar. Bu gün Azərbaycan dövləti məcburi köçkünlərin problemlərinin həllini öz üzərinə götürüb. Ancaq hesab edirəm ki, bu problem həllini tapmayana qədər beynəlxal humanitar təşkilatların ölkəmizdə fəaliyyətinə ehtiyac var. Görüşdə Furio de Angelis Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa–150” abidəsinə baxdıqlarını, həmin abidənin şəkillərini çəkdiklərini də diqqətə çatdırmışdır. Baş nazirin müavini Əli Həsənov bildirdi ki, Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də Tərtər rayonunun Şıxarx kəndində “Marağa–150” abidəsidir. Bu abidə çar Rusiyası ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. O, həmçinin qeyd etdi ki, erməni yalanlarını dünyaya çatdırmaq üçün Azərbaycan Prezidenti həmin abidənin tezliklə bərpa olunmasını, ölkəmizə səfər edən insanlara, xarici nümayəndə heyətlərinə göstərilməsi üçün tapşırıqlar verib. Görüşdə həmçinin bildirilib ki, BMT QAK bu gün də Azərbaycan üçün vacib əhəmiyyət kəsb edən təşkilatlardandır və bu qurumun Azərbaycandakı nümayəndəliyi fəaliyyətə başladığı müddətdən bəri ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həllinə davamlı və şəffaf şəkildə müxtəlif layihələr həyata keçirməklə yardımçı olubdur. Bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilən görüşdə bütün bunlar barədə ətraflı söhbət açılmış, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur