"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1609
Baş nazirin müavini Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə baş çəkib.
Mətbuat xidmətinin məlumatı 18 Noyabr, 2016
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə noyabrın 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə Cocuq Mərcanlı kəndinə gəlib. Baş nazirin müavini Əli Həsənov əvvəlcə Ermənistanın işğalçı ordusu tərəfindən 1993-cü ildə işğal olunmuş, lakin sonradan Xalqımızın ümummili lideri Heydər Əliyevin göstərişi ilə həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad olunan Cocuq Mərcanlı kəndindəki vəziyyətlə tanış oldu. Sonra Əli Həsənov yeganə ailə olan və 23 il Cocuq Mərcanlı kəndində yaşayan 7 nəfər ailə üzvlərindən ibarət Həziyev Oktay Əbil oğlunun ailəsinə baş çəkdi. Ailə üzvləri ilə aparılan söhbət zamanı Oktay Həziyev bildirdi ki, kənd işğal olunandan sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşıblar. Həmin yerlərdə isə bəzi insanların biganə münasibəti ilə rastlaşıblar. Ancaq Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş öz doğma kəndlərinə qayıdırlar. Öz doğma vətənindən uzaqda yaşamağın nə qədər çətin olduğunu deyən Oktay Həziyev doğma kəndi işğaldan azad olununandan sonra yenidən öz vətənində yaşamağın həm də mənlik və qürur hissi olduğunu bildirdi. Baş nazirin müavini söhbət zamanı qeyd etdi ki, Ermənistanın qondarma prezidenti Sarkisyan Beyləqan rayonunu işğal edəcəklərini bildirmişdi. Xalqımızın ümummili Lideri Heydər Əliyev 1993-cü ilin noyabr ayında televiziya ilə xalqa müraciət etdi. Sonra dekabr ayında hərbiçilərlə görüşdü və uğurlu Horadiz əməliyyatının planı quruldu. 1993-cü il dekabrın sonlarında aparılan uğurlu əməliyyat zamanı ordumuz işğal olunmuş bu əraziləri azad etdi. 1994-cü ilin aprel ayında Ulu Öndər Heydər Əliyev Füzuli rayonuna gəldi, səngərdə hərbiçilərlə görüşdü. Onları qələbə münasibətilə təbrik etdi və işğaldan azad olunmuş ərazilərin bərpa olunmasına, həmin ərazilərin yenidən qurulmasına göstəriş verdi. Oktay Həziyev bildirdi ki, kəndimiz işğaldan azad olunan vaxtdan biz burada yaşayırıq. Burada yaşayış üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırıq. Çünki bizim İlham Əliyev kimi Ali Baş Komandanımız var, güclü, qüdrətli Azərbaycan ordusu var. Burada kənd təsərrüfatı və heyvandarlıqla məşğul oluruq. Taxıl, yonca, arpa və bostan bitkiləri əkirik. 600-ə yaxın xırda, 70-ə yaxın iri buynuzlu mal-qara, 300-ə yaxın toyuq-cücə saxlayırıq. O cümlədən arıçılıqla məşğul oluruq. Dövlət tərəfindən bizə hər cür dəstək göstərilir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün Aqrolizinq ASC tərəfindən də texnikalar verilib. Kəndimizin suyu, elektrik enerjisi, qazı, bir sözlə, hər cür şəraitimiz var. Lələ təpə yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz daha da gücləndi. Cənab Prezidentimizin Lələ Təpə yüksəkliyinə gəlməsi, ərazilərimizin müdafiəsində duran əsgərlərimizlə görüşməsi bizi qürurlandırdı və bizdə böyük ruh yüksəkliyi yaratdı. Baş nazirin müavin qeyd etdi ki, Horadiz əməliyyatı kimi Aprel əməliyyatı da Azərbaycan tarixinin şanlı səhifələridir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Lələ təpə yüksəkliyindən bütün dünyaya, Ermənistana və onun işğalçı prezidentinə öz mesajını verdi. Bu gün bizim çox güclü ordumuz var. İstənilan vaxt bizim qüdrətli ordumuz işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Ancaq Ermənistan tərəfi düz yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu bizim haqqımızdır. Ailə ilə söhbət zamanı Oktay Həziyevin 84 yaşlı anası Minarə Hakiyeva başına gələn hadisələrdən danışdı və bildirdi ki, bütün bunlar onu öz yolundan döndərməyib. Ömrünün sonuna kimi öz doğma kəndində yaşayacq və bunu öz övladlarına da tövsiyə edib. Əli Həsənov xüsusilə vurğuladı ki, sizin ailəniz bütün məcburi köçkünlər üçün nümunədir, vətənpərvərlik göstəricisidir. Bu gün Bakı şəhərində acınacaqlı şəraitdə yaşayan məcburi köçkünlərə rayonlarda olan qəsəbələrdə imkan olduqca hər cür şəraiti olan evlər təklif edirik. Çünki bu insanlar əvvəllər də rayonlarda yaşayıblar və bizim xalqda torpağa bağlılıq daha güclüdür. Vətən doğulduğun torpaqdan başlayır. Hesab edirəm ki, məcburi köçkünlərimiz bunu başa düşməlidirlər və Bakıda ağır şəraitdə yaşamaqdansa, gəlib öz doğma yerlərində yaşamağa üstünlük verəcəklər. Bu gün cənab Prezidentin qayğısı nəticəsində məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdırılması üçün yeni qəsəbələr salınır. Ancaq torpaqlar işğaldan azad olunandan sonra bu qəsəbələr həmin yerlərdə yaradılacaq, orada bütün infrastruktur yenidən qurulacaq. Sonda Oktay Həziyevin ailəsinə mövcud imkanlar çərçivəsində müvafiq yardım olundu. Oktay Həziyev bütün məcburi köçkünlərə, o cümlədən Cocuq Mərcanlı kəndinin sakinlərinə müraciət edərək onların da qayıdaraq öz kəndlərində yaşamalarına çağırış etdi və bildirdi ki, biz 23 ildir öz doğma kəndimizdə yaşayırıq. Bura bizim doğma torpağımızdır. Torpaqdan güclü heç nə ola bilməz. Bu gün mən özümü çox güclü hiss edirəm. Çünki mən öz doğma vətənimdəyəm.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb