"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1466
Fransalı senatorlar Cocuq Mərcanlı kəndində və Horadiz şəhərində olublar
Mətbuat xidmətinin məlumatı 12 Mart, 2017
Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti Horadiz şəhərinə və Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib. Əvvəlcə Cocuq Mərcanlı kəndinə gələn nümayəndə heyətinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, Azərbaycan Respublikası Prezidentinin kəndin bərpası haqqında Sərəncamına əsasən ərazidə aparılan minalardan təmizləmə və tikinti işləri barədə məlumat verilib. Bildirilib ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək. Növbəti mərhələdə isə 150 evin və digər infrastruturun tikintisi və bərpası nəzərdə tutulur. Kənddə aparılan tikinti-quruculuq işlərini müşahidə edən Fransalı qonaqlar münaqişənin sülh yolu ilə həllinə ümid bəslədiklərini bildiriblər. Sonra Horadiz şəhərinə gələn nümayəndə heyətinə Ermənistan silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və minaatanlardan da istifadə etməklə atəşkəs rejimini pozmaları barədə məlumat verilib. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, düşmən atəşlərinə baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir. Sakinlər gündəlik məişət qayğıları və təsərrüfat işləri ilə məşğul olurlar. Diqqətə çatdırılıb ki, Cocuq Mərcanlı kəndi kimi, Horadiz şəhəri də Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunaraq dağıdılmışdı. 1994-cü ildə şəhər işğaldan azad edildikdən sonra burada geniş bərpa-yenidənqurma, abadlıq-quruculuq işləri aparılıb. Görülən işlər sayəsində Horadiz bu gün gözəlliyi ilə seçilən abad bir şəhərə çevrilib. İndi Horadiz Fransanın Altkirch şəhəri ilə qardaşlaşmış şəhərdir.
26 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb