"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1076
Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunması Heydər Əliyevin adı ilə bağlıdır
Mətbuat xidmətinin məlumatı 04 May, 2017
Dövlətqaçqınkomda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbir keçirilib Mayın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasında Heydər Əliyev amili” mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Dövlət Komitəsinin binasındakı büstü önünə gül dəstələri qoydular. Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, həyatımızın bütün sahələrində Heydər Əliyevin gördüyü işlərdən danışmaq olar. Ulu Öndər Azərbaycan xalqının yetişdirdiyi dahi şəxsiyyətdir. O, bütün təcrübəsini, siyasi biliklərini, dünyagörüşünü ölkəmizin inkişafı, xalqımızın güzəranının yaxşılaşması istiqamətində səfərbər edib. “İllər keçəcək Ulu Öndərin təcrübəsindən istifadə olunacaq. Fikir verin, dünyada iqtisadi böhran baş verir. Əlbəttə ki, bu, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Məhz belə bir vaxtda dövlətimizin başçısı Ulu Öndərin təcrübəsindən yararlandı. 1970-ci illərdə bizim neftdən gəlirimiz yox idi. Neftimiz var idi. Lakin bundan SSRİ rəhbərliyi istifadə edirdi. Buna baxmayaraq, ölkə iqtisadiyyatı inkişaf edirdi. Prezident İlham Əliyev də həmin təcrübədən yararlanmağa qərar verdi. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər kənd təsərrüfatı sahələrinin hesabına o vaxt inkişafa nail olmaq mümkün idi. Bu gün də o təcrübədən istifadə olunur. Artıq bu istiqamətdə görülən işlər öz nəticələrini verir”, - deyə Baş nazirin müavini vurğulayıb. Azərbaycanda sabitliyin, vətəndaş həmrəyliyinin bərqərar olunmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Əli Həsənov bildirib ki, vətəndaş həmrəyliyi olmadan cəmiyyətdə sabitliyi bərpa etmək mümkün deyil, həmçinin ictimai-siyasi sabitlik olmadan vətəndaş həmrəyliyini təmin etmək qeyri-mümkündür. Gəncə hadisələri zamanı ovaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından ölkədə sabitliyi təmin etmək mümkün deyildi. Ovaxtkı hakimiyyət belə ağır vəziyyətdə ulu öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Çünki qeyri-qanuni silahlı birləşmələr ölkədə idarəetməni dağıtmışdılar. Ölkədə idarəolunmaz xaotik vəziyyət yaranmışdı. O vaxt rəhbərlikdən heç kəs cürət edib Gəncəyə gedə bilmədi. Ancaq Heydər Əliyev ölkədə sabitliyi, həmrəyliyi bərpa etmək məqsədilə Gəncəyə getdi. Sabitliyi təmin etmək üçün ölkədə olan bütün qanunsuz siyasi birləşmələr ləğv edildi. Ümummilli Lider öz cəsarəti, siyasi və idarəçilik təcrübəsi sayəsində bütün dövlət çevrilişləri cəhdlərinin qarşısını aldı. Dövlət çevrilişinə cəhd olunan zaman Ulu Öndər xalqa müraciət etdi. Onun bir çağırışı ilə Azərbaycan xalqı meydana çıxdı və dövlət çevrilişinin qarşısı alındı. Biz o zaman xalq-Prezident həmrəyliyinin şahidi olduq. Sabitliyin bərpası və xalq-ordu-hakimiyyət həmrəyliyi Horadiz əməliyyatlarında uğurlar qazanmağımızı təmin etdi. “Əsrin müqaviləsi”nin imzalanması dövründə də hələ ölkədə sabitlik tam təmin olunmamışdı. Xarici ölkələrin, neft şirkətlərinin rəhbərləri bilirdilər ki, Azərbaycanda sabitlik təmin olunmayıb. Sual olunur, onlar nə üçün bu kontraktı imzalamağa razı oldular? Yalnız və yalnız Heydər Əliyev amilinə görə. Çünki onlar Heydər Əliyevi tanıyırdılar. Məhz “Əsrin müqaviləsi”nin imzalanması da Heydər Əliyevə inamın nəticəsində mümkün oldu. Əli Həsənov ölkəmizdə həmrəyliyin bərpası istiqamətində görülən işlərdən bəhs edərək deyib: “Ulu Öndərin hakimiyyəti dövründə “Sərbəst toplaşma azadlığı haqqında” Qanun qəbul olundu, senzura ləğv edildi. Bütün bu işlər vətəndaş həmrəyliyinin təmininə xidmət edirdi”. Qeyd edilib ki, Prezident İlham Əliyevin hakimiyyəti illərində də ölkəmizdə sabitliyin, həmrəyliyin qorunub saxlanılması istiqamətində önəmli addımlar atıldı. Mühüm qanunlar, qərarlar qəbul edildi. Bu gün ölkəmizdə beş mindən çox KİV qeydiyyata alınıb. Qırx gündəlik ümumrespublika qəzeti dərc olunur, 9 televiziya kanalı, 14 regional kanal, 14 radio fəaliyyət göstərir. Bu gün ölkəmizdə qeydiyyatdan keçən 2700 qeyri-hökumət təşkilatı var. Bu gün Azərbaycanda ölkə daxili ilə yanaşı, beynəlxalq aləmdə də həmrəyliyin bərpası istiqamətində mühüm addımların atıldığını vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda keçirilən beynəlxalq forumlar, idman yarışları və digər tədbirlər dünya ölkələrinin xalqları arasında həmrəyliyin bərqərar olmasına xidmət edir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva dünya xalqları arasında həmrəyliyin təmin olunması istiqamətində çalışırlar. Azərbaycanda sabitlik tam təmin olunub, ölkəmizdə xalq ilə Prezident arasında birlik mövcuddur. Biz aprel döyüşləri zamanı bir daha bunun şahidi olduq. Döyüşlərdə Azərbaycan Ordusunun hünəri, xalqımızın hərbiçilərimizə göstərdiyi dəstək, dövlətimizin başçısının ətrafında sıx birləşməsi həmrəyliyin, birliyin göstəricisidir. Sonra “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filmi nümayiş etdirilib. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov və Laçın rayonundan məcburi köçkün Əmirxan Zeynalov ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər. Qeyd olunub ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçı Heydər Əliyevin fəaliyyəti müasir tariximizin ən mühüm mərhələsini əhatə edir. Ulu Öndərin qətiyyəti, güclü siyasi iradəsi, böyük təcrübəsi sayəsində müasir Azərbaycan dövləti qurulub və ölkəmiz beynəlxalq arenada özünə layiqli yer tutub. Ümummilli lider Heydər Əliyev hər zaman qaçqın və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşıb. Bu gün bu diqqət və qayğı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir. Tədbir zamanı Baş nazirin müavini Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadova ordeni təqdim edib.
25 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Gülməmməd Məmmədov: “Hər bir qayıtmış sakin həyatından çox məmnundur”
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib