"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1161
Türkiyə Azərbaycan birliyi, həmrəyliyi daimidir və bundan sonra da artacaqdır.
Mətbuat xidmətinin məlumatı 11 May, 2017
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov mayın 11-də Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələri daha da inkişaf etdirmək və bu birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Baş nazirin müavini 16 aprel tarixdə Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilmiş referendumda hakim Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi ilə bağlı öz təbriklərini çatdırdı. Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın ümummilli lideri Heydər Əliyev Türkiyə ilə Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü. Xüsusilə torpaqlarımız işğal olunan zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxartmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olmuşdur. Baş nazirin müavini Əli Həsənov deyib ki, Prezident İlham Əliyev hər zaman müsəlman ölkələrinin həmrəyliyini, onların bir olmasının vacibliyini qeyd edir.Bu həmrəylik nə qədər güclü olsa, bizə yanaşma da dəyişəcək. Bəzi dünya dövlətləri daim çalışırlar ki, bu müsəlman ölkələri arasındakı həmrəyliyə xələl gətirsinlər. Ancaq bilirik ki, bu xalqlar və dövlətlər arasında nifaq salmaq mümkün deyil. Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərara toxunan Əli Həsənov bunun əsassız və ədalətsiz qərar olduğunu bildirib: “Türkiyə bizə qonşu, qardaş dövlətdir. Qardaş ölkədə güclü islahatlar həyata keçirilir. Beynəlxalq təşkilatlar bu cür ədalətsiz qərar qəbul etdikdə onlara olan inam və etibar demək olar ki itir.Bu cür təşkilatlar əgər düzgün yol tutmasalar onların özlərinə ziyan olacaqdır. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkünü var.25 ildir ki, bizim problemimiz həll olunmur.Əgər beynəlxalq təşkilatlar qərar qəbul edib onu icra etmirlərsə onda bu kimə lazımdır”. Əli Həsənov Səfirə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlər, sabahdan başlayacaq IV İslam Həmrəyliyi Oyunları ilə bağlı ətraflı məlumat verərək qeyd edib ki, bu həm idman yarışı olmaqla yanaşaı həm ölkəmizi tanıtmaq, həm də islam həmrəyliyi ilə bağlı keçirilən ən böyük tədbirdir. Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral qəbula və hərtərəfli məlumata görə minnədarlığını bildirdi. Səfir Ulu Öndər Heydər Əliyevin doğum günü ilə bağlı keçirilən tədbiri qeyd edərək Ümummilli Lider haqqında xoş sözlərini çatdırdı. O, AŞPA da Türkiyəyə qarşı ədalətsiz qərar qəbul edilərkən Prezident İlham Əliyev tərəfindən Türkiyəyə göstərilən dəstəyin bütün türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirdi. Görüşdə Erkan Özoral Ramazan bayramı ərəfəsində Türkiyənin Qızıl Ay beynəlxalq humanitar təşkilatı tərəfindən ölkəmizdə olan məcburi köçkünlərə yardım edilməsi ilə bağlı bəzi fikirlərini çatdırdı.
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuliyə köçənlərə ödənişsiz danışıq üçün sim-kartlar hədiyyə edilib
23 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
22 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir