"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1097
Martin Çunqonq: Parlamentlərarası İttifaq Azərbaycanın Dağlıq Qarabağ üzərində suveren hüququnu tanıyır
Mətbuat xidmətinin məlumatı 17 İyun, 2017
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iyunun 16-da Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb. Görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verilib. Bir sıra beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etdiklərini vurğulayan Əli Həsənov Parlamentlərarası İttifaqın da bu münaqişəyə ədalətli münasibət bildirəcəyinə ümidvar olduğunu qeyd edib. “Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasının, BMT-nin, MDB-nin, ATƏT-in və bir sıra digər beynəlxalq təşkilatların üzvüdürlər. Əgər bir təşkilata üzv olan ölkə digər üzv ölkəyə təcavüz edirsə, onun torpaqlarını işğal edirsə, əlbəttə ki, bu, yolverilməzdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar qərarlar və qətnamələr qəbul ediblər, ancaq bu sənədlər hələ də icra olunmayıb. Bu, ən böyük ədalətsizlikdir”, - deyə Baş nazirin müavini vurğulayıb. Ermənistan-Azərbaycan probleminin yeni yaranmış münaqişə olmadığını deyən Baş nazirin müavini bildirib ki, ermənilərin dünyanın hər yerində diasporları var. Ermənilər keçmiş sovetlər dönəmində ən mühüm dövlət vəzifələri tutublar. Bu imkanlarından istifadə edərək mütəmadi olaraq Azərbaycan torpaqlarını zəbt ediblər. Ermənilər hələ çar Rusiyasının dövründə Azərbaycanın tarixi torpaqlarında yerləşdirildilər. Sonradan bu torpaqlarda özlərinə dövlət qurdular. Komitə sədri Avropadakı miqrant problemindən də danışıb. Qeyd edib ki, 600 milyon əhalisi olan Avropa bir milyon miqrant probleminin öhdəsindən gələ bilmir. Münaqişə başlayanda Azərbaycanın cəmi 7 milyon əhalisi var idi. Lakin ölkəmiz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bütün lazımi işləri görür. Miqrant problemini həll etməyi bacarmayan Avropa isə Azərbaycana demokratiya dərsi keçmək istəyir. Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan Əli Həsənov bildirib ki, bu günə qədər 250 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb. 20 il ərzində onların problemlərinin həllinə 7 milyard dollara qədər vəsait sərf edilib. Ətraflı məlumata görə, minnətdarlığını bildirən Martin Çunqonq Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. “Ancaq bunu da unutmaq olmaz ki, bu insanlara nə qədər diqqət göstərilsə də, onlar öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar”,- deyə qonaq əlavə edib. Parlamentlərarası İttifaqın fəaliyyəti haqqında məlumat verən Martin Çunqonq bildirib ki, qurum qlobal müstəvidə müxtəlif ölkələrin parlamentlərinin qanunun aliliyinə əsaslanan ittifaqıdır. O deyib: “Təbii ki, beynəlxalq hüquqa əsasən heç bir dövlət digər dövlətin ərazisini işğal edə bilməz. Bizim mövqeyimiz də beynəlxalq hüquqa əsaslanır. Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ üzərində suveren hüququnu tanıyırıq”. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, iyunun 17-də qonaq Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi köçkünlər üçün salınmış şəhərcikdə olacaq.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi