"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1398
Cocuq Mərcanlı 24 ildən sonra öz sakinlərini yenidən qoynuna alır
Mətbuat xidmətinin məlumatı 06 İyul, 2017
İyirmi dörd ildir ki, köçkünlük həyatı yaşayan Cocuq Mərcanlı sakinlərinin Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə salınmış yeni qəsəbəyə köçürülməsinə başlanılıb. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Yeni salınan qəsəbədə 50 fərdi yaşayış evi, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Qəsəbədəki evlərə Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürülür. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Hər bir ev üçün 8 sot həyətyanı sahə ayrılıb. Ömrünün yarısını Cocuq Mərcanlıda, yarısını isə məcburi köçkün kimi Biləcəridə keçirən Yaqut Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “24 ildir doğma kənddən ayrı düşmüşük. Bu illərdə çox çətinliklər gördük. Ən böyük çətinlik isə yurd həsrəti ilə yaşamaq idi. Şükürlər olsun Allaha, bu həsrətə son qoyuldu. Kəndimin havasını udub, suyunu içdim. Bizə bu sevinci yaşatdığına görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Digər məcburi köçkünlərin də tezliklə öz ata-baba yurdlarına qayıtmasını arzulayıram”. Kəndin digər sakini Billurə Məmmədova isə ürək sözlərini belə ifadə edib: “Çox sevinirəm ki, öz doğma torpağımıza, öz evimizə qayıtmışıq. Bizim üçün gözəl şərait yaradılıb. Bundan sonra kəndimizdə yaşayacağıq. Əkib-becərəcək, toyuq-cücə, mal-qara saxlayacağıq”. Xırdalan şəhərində köçkünlük həyatı yaşamış Abdulla Ataşov qəlbinin hər an doğma kəndi ilə döyündüyünü deyib: “Bura doğulduğum torpaqdır. Burada böyüyüb boya-başa çatmışam. Doğma yurdun həsrətini çox çəkirdim. Tez-tez bu yerlərə gəlir, kənardan kəndimizə baxırdım. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ailəmlə birlikdə doğma yurdda, öz evimizdəyəm. Həm də ona görə sevinirəm ki, övladlarım ata yurdumuzda böyüyəcək”. Bu gün Cocuq Mərcanlıya hələlik 6 ailə köçüb. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək.
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”