"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1273
İndoneziyanın Azərbaycandakı səfiri ilə görüş keçirilmişdir.
Mətbuat xidmətinin məlumatı 16 Avqust, 2017
Avqustun 16-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani ilə görüşmüşdür. Görüşdə Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin sürətlə inkişaf etdiyini deyən Əli Həsənov İndoneziyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan dost ölkələrdən biri olduğunu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini vurğuladı. Əli Həsənov ölkələrimiz arasında siyasi, iqtisadi, təhsil, mədəni, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrinin daha da genişləndirilməsinə böyük ehtiyac olduğunu bildirdi. O, qeyd edib ki, BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyalarında, o cümlədən digər nüfuzlu beynəlxalq təşkilatlarda İndoneziya həmişə ölkəmizin haqq işini dəstəkləyib. Baş nazirin müavini ölkəmizin 25 il ərzində keçdiyi inkişaf yolundan danışmış, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında düzgün istiqamətdə irəliləyərək həmişə uğurlar əldə etdiyini, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğuladı. Bildirildi ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan son on ildə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Hazırda həyata keçirilən irimiqyaslı layihələr respublikamızın beynəlxalq aləmdə nüfuzunu daha da artırmaqdadır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Baş nazirin müavini qeyd edib ki, bu problemin həll edilməsi ilə bağlı dünyanın nüfuzlu beynəlxalq təşkilatları qərarlar qəbul edib. Ancaq bunların heç bir nəticəsi yoxdur. İşğalçı Ermənistan beynəlxalq sənədlərə məhəl qoymayaraq qeyri-konstruktiv mövqe tutaraq hələ də torpaqlarımızı işğal altında saxlayır. Görüşdə Əli Həsənov bildirib ki, bu gün dünyadakı konflikt zonalarına nəzər salsaq görürük ki, müsəlman ölkələrini bir-birinə qarşı qoyurlar və bu konfliktlərdə ölənlərin əksəriyyəti müsəlmanlardır. Məhz elə buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev həmişə müsəlman ölkələrinin birliyini vacib sayıb. Əgər bu həmrəylik güclənməsə bu proseslər elə bu cür də davam edəcək. Səfir Hüsnan Bəy Fanani qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirdi. Xalqlarımızın eyni dinə və oxşar mədəni dəyərlərə malik olduqlarını vurğulayan səfir iki ölkə arasında müxtəlif sahələrdə mövcud olan əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu dedi. O, ölkəmizdə diplomatik fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini vurğuladı. Səfir Hüsnan Bəy Fanani ölkəsinin dünyanın ən böyük müsəlmal ölkəsi kimi Prezident İlham Əliyevin həmrəyliklə bağlı çağrışlarını dəstəklədiklərini diqqətə çatdırdı və qeyd etdi ki, İndoneziya hər zaman Azərbaycanın ərazi bütövlüyünü, Ermənistanın işğal olunmuş ərazilərimizdən çıxarılması ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Azərbaycanın sürətlə inkişaf etdiyini və dünya dövlətləri üçün nümunəvi bir ölkə olduğunu deyən Səfir paytaxt Bakının gündən-günə gözəlləşdiyini və Xəzər dənizinin mirvarisinə çevrildiyini dedi. O, ölkəsində baş verən təbii fəlakətlər zamanı göstərilə köməkliklərə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Görüşdə diplomat regionlarda səfərdə olduğunu, səfər zamanı Mingəçevir şəhərində məcburi köçkünlərlə görüşdüyünü diqqətə çatdırdı və məcburi köçkünlərlə bağlı yaradılan şəraiti yüksək qiymətləndirdi.Səfir eyni zamanda sentyabr ayında Azərbaycanda İndoneziya mədəniyyət festivalının keçiriləcəyini və məcburi köçkünlərin də burada iştirak etmələrinin vacibliyini diqqətə çatdırdı. Sonda Əli Həsənov İndoneziyanın nüfuzlu beynbəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə və ölkəmizin haqq işini həmişə dəstəklədiyi üçün İndoneziyaya təşəkkürünü bildirdi.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi