"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1247
Cocuq Mərcanlıdan bəhs edən kitabın və filmin təqdimatı olub
Mətbuat xidmətinin məlumatı 21 Sentyabr, 2017
Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cocuq Mərcanlıya həsr olunan kitab və film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanıb. Diqqətə çatdırılıb ki, son iki yüz ildə ermənilər tərəfindən mütəmadi olaraq zəbt edilmiş Azərbaycan torpaqlarının bir qismi ilk dəfə olaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş Horadiz əməliyyatı zamanı işğaldan azad edildi. O vaxt Füzuli rayonunun bir çox yaşayış məntəqələri, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi düşməndən geri alındı. Ötən ilin aprel döyüşləri nəticəsində qəhrəman Azərbaycan Ordusunun mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini azad etməsi isə əhalinin Cocuq Mərcanlıya qayıdaraq rahat yaşamasına imkan yaratdı. Əli Həsənov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə Böyük Qayıdış prosesinə start verildi. Həmçinin dövlətimizin başçısının tapşırığı ilə xarici KİV-lərin və ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin Cocuq Mərcanlıya səfəri təşkil edildi və erməni vəhşiliyi ilə bağlı dolğun məlumatlar qısa müddətdə bütün dünyaya yayıldı. Bütün dünya cəmi dörd ay ərzində işğal altında qalmış bir kənddə ermənilərin törətdikləri vandalizmdən xəbər tutdu. Bununla da ermənilərin son 200 ildə uydurduqları yalan və böhtanlar ifşa edildi. “Cocuq Mərcanlıya bu səfərlərin təşkili, ermənilərin bu kənddə törətdikləri vəhşiliklər barədə məlumatların dünyaya yayılması, onların uydurduqları yalanların ifşası dövlətimizin başçısının uzaqgörənliyi sayəsində mümkün oldu. Qısa müddətdə Cocuq Mərcanlı kəndi bütün dünyaya səs saldı. Bütün bunlar Böyük Qayıdışın başlanğıcıdır”,- deyə Əli Həsənov vurğulayıb. Prezident İlham Əliyevin iyunun 14-də Cocuq Mərcanlıda ilk qəsəbənin açılışında iştirak etdiyini deyən Baş nazirin müavini bildirib ki, dövlətimizin başçısı Cocuq Mərcanlıya səfəri zamanı burada 23 ildir yaşayan yeganə ailənin - Oqtay Həziyevin ailəsinin qonağı oldu. Uzun illər düşmən mərmisinin atəşləri altında yaşayan bu insanların şücaətini doğma torpağa və Vətənə bağlılıq nümunəsi kimi dəyərləndirdi. Bu səfərdən bir gün sonra, iyunun 15-də Prezident “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Hazırda orada 100 fərdi yaşayış evinin tikinti işləri aparılır. “Cocuq Mərcanlıya köçmək üçün bizə 300-ə yaxın ailə müraciət edib. Artıq 50 ailə bu kəndə köçürülüb. Başqa rayonların, o cümlədən köçkün olmayan rayonların əhalisi də Cocuq Mərcanlıya köçmək üçün bizə müraciət edirlər. Budur Vətənə, torpağa, dövlətə sadiq, bağlı Azərbaycan vətəndaşları. Bütün sahələrdə olduğu kimi, vətəninə, torpağına bağlılıqda da Azərbaycan vətəndaşları bütün dünyaya nümunədirlər ”, - deyə Əli Həsənov qeyd edib. Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyasına toxunan Əli Həsənov bildirib ki, Ermənistandakı cinayətkar rejimə rəhbərlik edən Serj Sarkisyan sessiyadakı çıxışı ilə həyasızlığın, arsızlığın ən yüksək zirvəsinə qalxdı. “Həyasızlığın dərəcəsinə baxın ki, o, 25 ildir torpaqlarının 20 faizini işğal altında saxladığı bir ölkəyə irad tutur. Hesab edirəm ki, bu Serj Sarkisyanın beyninin məhsulu deyil. O çıxışı hazırlayanlar elə Sarkisyanın hakimiyyətinə son qoymaq istəyirlər. Bu çıxışla Ermənistan prezidenti özünü bütün dünya ictimaiyyəti qarşısında rüsvay etdi. Azərbaycan Prezidenti isə BMT-nin mötəbər tribunasında məğrurcasına dayanaraq, işğalçı və cinayətkar Ermənistandakı işğalçı rejimin başçılarını, eləcə də beynəlxalq təşkilatlara ciddi mesajlar verdi. Həmçinin çıxış üçün ayrılmış çox qısa bir vaxt ərzində ölkəmizin keçdiyi inkişaf yolu, qazandığı böyük uğurlar barədə dolğun təsəvvür yaratdı”. Komitə sədri İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun Nyu-Yorkda keçirilən iclasına da toxunaraq deyib: “İclasda qərar qəbul olunub ki, təşkilata üzv ölkələr Ermənistanla əlaqələrini məhdudlaşdırsınlar. Hesab edirəm ki, bu azdır. İslam Əməkdaşlıq Təşkilatı özü qərar qəbul etməlidir ki, üzv ölkələr Ermənistanla əməkdaşlığı dayandırsın”. Sonra “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filmi nümayiş olunub. Filmin nümayişindən sonra Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabı barədə məlumat verib. Bu nəşrin nadir kitab olduğunu bildirən Bəxtiyar Sadıqov qeyd edib ki, indiyədək Qarabağ, müharibə mövzusunda bir çox dəyərli kitablar yazılıb. Təqdimatı keçirilən bu kitab isə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki keyfiyyət dəyişikliyindən bəhs edir. Bu kitabın təkcə Azərbaycan oxucuları üçün nəzərdə tutulmadığını dəyən baş redaktor nəşrin qısa müddət ərzində rus və ingilis dillərinə tərcümə olunduğunu bildirərək deyib: “Kitab gələcəkdə digər dillərə də tərcümə olunacaq. Kitabda tarixi baxımdan zəruri olan sənədlərə, aprel zəfərinin səbəb və nəticələrinə, Prezident İlham Əliyevin aprel döyüşləri barədə fikirlərinə geniş yer ayrılıb. İşğal nəticəsində həm Cocuq Mərcanlı kəndinə, həm Cəbrayıl rayonuna vurulan ziyan fakt və sənədlərlə göstərilib. Kitaba həm aprel zəfəri, həm də Böyük Qayıdışın başlanğıcı ilə bağlı Milli Məclisin deputatlarının, siyasətçilərin, politoloqların, müxtəlif sahələrdə çalışan insanların fikirləri də daxil edilib”. Daha sonra Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamından sonra kənddə görülən genişmiqyaslı abadlıq-quruculuq işlərindən danışıb, sakinlərin bu prosesdə fəal iştirak etdiklərini diqqətə çatdırıb. Cocuq Mərcanlı haqqında film və kitabın ərsəyə gəlməsinə görə dövlətimizin başçısına təşəkkürünü bildirən O.Həziyev deyib: “Mən də köçkünlük həyatını, müharibənin ağrı-acısını yaşamışam. Həmin vaxt ailəmiz beş ay məcburi köçkün həyatı sürməyə vadar olmuşdu, çünki ermənilər bizim kəndi də işğal etmişdi. Ulu Öndərimizin komandanlığı altında Horadiz əməliyyatında bir çox yaşayış məntəqəsi, o cümlədən Cocuq Mərcanlı kəndi işğaldan azad olundu. Birmənalı qərar verdim ki, öz ailəmlə birlikdə doğma torpağımda yaşayacam. Həmin vaxtlar burada vəziyyət çox ağır idi. Ermənilər hər şeyi məhv edib dağıtmışdı. Əkinçiliklə, təsərrüfatla məşğul olub, hər şeyi yenidən qurdum. Aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi azad edildi. Bu strateji yüksəkliyin əvvəllər ermənilərin əlində olması bizim təhlükəsiz yaşamağımıza ciddi maneə törədirdi. Prezidentimizin Sərəncamından sonra Cocuq Mərcanlıda 50 yaşayış evi, məktəb və gözəl Şuşa məscidinin bənzəri olan məscid inşa edildi. Prezident kəndin açılışına özü gəldi. Bizimlə görüşərək çox səmimi söhbət etdi. Mənə Azərbaycan Respublikasının birinci dərəcəli “Əmək” ordenini şəxsən təqdim etdi. Bütün bu diqqətə və qayğıya görə bir daha dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”. Tədbirdə Azərbaycanın dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olmuş diplomatik korpusun və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
18 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Aygün Bayramova: “Qarabağı cənnətə çevirəcəyik”
09 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Mənsum İbrahimov: "Qarabağda əbədi yaşayacayıq"
01 Aprel, 2024 / Mətbuat xidmətinin məlumatı Şamil Süleymanlı: "Böyük Qayıdış başlayıb, evlərimizə qayıdırıq
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
30 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
29 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb