"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1264
Cocuq Mərcanlıda tikinti işlərinin növbəti mərhələsi başa çatıb
Mətbuat xidmətinin məlumatı 16 Noyabr, 2017
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsi başa çatıb. Bu mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb. Noyabrın 16-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qəsəbəyə baş çəkib, görülən işlərlə maraqlanıb. Baş nazirin müavini Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə mənzillərdə yaradılan şəraitlə maraqlanıb və tikinti işlərinin növbəti mərhələsində inşa edilən klub-icma mərkəzinə baxıb. Mərkəzin binası 150 yerlik geniş zaldan, kitabxana və digər otaqlardan ibarətdir. Bina lazımi inventar və avadanlıqlarla təmin edilib. Sonra qəsəbədə inşa edilən 50 yerlik uşaq bağçası ilə tanışlıq olub. Burada yataq, oyun, soyunub-geyinmə, dərnək və tibb otaqları, mətbəx və anbar var. İstilik sistemi və zəruri avadanlıqla təchiz olunan bağçada iki qrup fəaliyyət göstərəcək. Baş nazirin müavini daha sonra poçt binasına, inzibati binaya, həmçinin “Azəravtoyol” ASC-nin 13 nömrəli xüsusi təyinatlı Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azərsu” ASC-nin Cəbrayıl Sukanal İdarəsinin Cocuq Mərcanlı sahəsi üçün tikilmiş binalara baxıb. Əli Həsənov qəsəbənin yüksək keyfiyyətlə təhvil verilməsi, eləcə də əkin sahələrinin suvarma suyu ilə təminatı, dren kanallarının təmizlənməsi ilə bağlı tapşırıq və tövsiyələr verib. Jurnalistlərə müsahibə verən Əli Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Cocuq Mərcanlıda birinci mərhələdə 50 ev və məktəb binası tikilib. Dövlətimizin başçısı yenidən qurulan qəsəbənin açılışında iştirak edib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən 50 ailə bura köçürülüb. Bu ailələr artıq öz doğma kəndlərində, doğma torpaqlarında yaşayırlar. Burada əkin-biçinlə məşğul olan sakinlər özləri üçün yeni həyat qururlar. Bu yeni həyatı Cocuq Mərcanlı sakinlərinə Prezident İlham Əliyev bəxş edib. Baş nazirin müavini deyib: “Cocuq Mərcanlı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 1993-cü ildə işğaldan azad olunmuşdu. Lakin strateji Lələtəpə yüksəkliyi düşmənin əlində olduğu üçün burada yaşamaq mümkün deyildi. Ötən ilin aprel döyüşlərində bu yüksəklik geri alındı və Azərbaycan Ordusu bununla bütün dünyaya nümayiş etdirdi ki, işğal altındakı torpaqları azad etmək iqtidarındadır. Aprel döyüşləri erməniləri elə silkələdi ki, onlar hələ də özlərinə gələ bilmirlər. Xüsusən, son dövrlər işğal altında olan ərazilər ətrafında gedən müzakirələr də göstərir ki, istər Minsk qrupunun həmsədr dövlətləri, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Ermənistana iradlar ciddi şəkildə artmaqdadır. Başda cinayətkar prezident Sarkisyan olmaqla, bütün Ermənistan rəhbərliyi, hətta orada yaşayan əhali də təşviş içərisindədir. İşğalçı ölkənin rəhbərliyi çıxış yolu axtarır ki, öz cinayətkar rejimini necə davam etdirsin. Ancaq bu, mümkün olan məsələ deyil”. Qəsəbənin tikintisi barədə məlumat verən Əli Həsənov bildirib ki, yeni evlər öz sahiblərini gözləyir. Cocuq Mərcanlı sakinlərindən qəsəbəyə köçürülmək üçün Komitəyə artıq 300-ə qədər ərizə və müraciət daxil olub. Birinci mərhələdə bura 50 ailə köçürülüb. Seçim zamanı kim torpaqda işləyə biləcəksə, ona üstünlük verilir. Növbəti 100 ev üçün də seçim belə olacaq. Tezliklə yeni sakinlərini qəbul edəcək Cocuq Mərcanlı bu gün gözəl məktəbi, uşaq bağçası, bütün infrastrukturu, suyu, elektrik enerjisi, təbii qazı, asfalt yolları olan müasir və abad bir qəsəbədir.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi