"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1509
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib
Mətbuat xidmətinin məlumatı 31 Mart, 2018
Martın 30-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə 31 mart soyqırımını əks etdirən fotosərgi və videosüjet nümayiş etdirilib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, QHT-lərin nümayəndələri, məcburi köçkünlər anım tədbirində iştirak ediblər. Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov tədbirdə çıxış edərək faciənin tarixi barədə danışıb. O bildirib ki, silahlı erməni-bolşevik birləşmələrinin 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlılara qarşı törətdikləri qırğınlar kütləvi xarakter daşıyıb, erməni silahlı dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Diqqətə çatdırılıb ki, XIX əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “böyük Ermənistan” dövləti yaratmaq olub. Bu qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törədilmiş soyqırımıdır. Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli çıxışında deyib ki, bu soyqırımı zamanı ermənilər, eyni zamanda, tarixi abidələrimizi də vəhşicəsinə dağıdıblar. Ermənilərin xalqımıza qarşı düşmənçilik münasibətlərinin tarixi 200 il əvvələ gedib çıxır. 1905-ci ildə xalqımıza qarşı ermənilər tərəfindən ilk soyqırımı törədildi. Bundan sonra bu soyqırımları ardıcıl xarakter aldı. Xocalı, Qaradağlı faciələri və digər qətliamlar bu düşmənçilik siyasətinin davamı idi. Vurğulanıb ki, mart soyqırımına ilk siyasi-hüquqi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verildi. Məhz onun imzaladığı Fərmanla hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun sədr müavini Firdovsi Kazımov xatırladıb ki, 1920-ci ildə Zəngəzur və bir sıra digər Azərbaycan torpaqları Ermənistan SSR-in ərazisi elan edildi. Sonrakı illərdə bu ərazilərdə yaşayan soydaşlarımızın deportasiyası siyasətini genişləndirmək üçün yeni vasitələrə əl atıldı. Bunun üçün ermənilər SSRİ Nazirlər Sovetinin qərarları əsasında 1947, 1948 və 1953-cü illərdə azərbaycanlıların öz doğma torpaqlarından deportasiyasına dövlət səviyyəsində nail oldular. F.Kazımov təmsil etdiyi qurumun hesablamalarına əsasən 1988-1994-cü illərdə Ermənistanın silahlı təcavüzü nəticəsində ölkəmizə 819 milyard dollardan çox həcmdə zərər dəydiyini deyib. Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiə Qarayeva bildirib ki, ermənilərin bu soyqırımını törətməkdə əsas məqsədləri “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək idi. Bu soyqırımı təkcə Bakıda deyil, digər bölgələrimizdə də həyata keçirilirdi. Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərin ən dəhşətlilərindən biri də Xocalı soyqırımıdır. Ermənilər işğal etdikləri torpaqlarımızda bu gün mədəni terror həyata keçirirlər. Oradakı tarixi abidələrimiz dağıdılır, Qafqaz Albaniyasına aid abidələr isə erməni tarixi abidələri kimi təqdim edilir. Hazırda ölkəmizdə bu soyqırımının bütün dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Nazim Vəlişov 31 mart soyqırımı ilə bağlı tarixi faktları diqqətə çatdırıb. O deyib ki, XX əsrin sonlarında xalqımızın başına gətirilən faciələr əsrin əvvəllərində törədilənlərin davamı olub.
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
27 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Nəzakət Teymurova: O torpaqda yenidən yeni həyat qurmaq lazımdır
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
18 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
15 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
13 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
12 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Tahir İmanov: İstənilən şəhəri, istənilən kəndi gözəlləşdirən onun doğma sakinləridir
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Firəngiz Mütəllimova: Şuşada böyük məmnuniyyətlə gedib yaşayacam
07 Mart, 2024 / Mətbuat xidmətinin məlumatı Sosial medianın dövlət qurumları üçün əhəmiyyətinə dair təlim keçirilib
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Növbəti köç karvanı Laçın rayonuna çatıb
28 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Laçın rayonuna növbəti köç karvanı yola salınıb
27 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Əbədi məskunlaşmanın ünvanı: Qarabağ və Şərqi Zəngəzur
26 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsinin kollektivi “Ana harayı” abidəsini ziyarət edib
22 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya
19 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Emin Musavi: Qonşularımız bizim uşaqlığımızı əlimizdən alıb
13 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Ehtiram Hüseynov: “Laçında, oradan çıxdığımız yaşdan, yeni həyata başlayacağıq”
06 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Fevral, 2024 / Mətbuat xidmətinin məlumatı Fəxrəddin Manafov: Ruhumuz hər zaman Vətənimizdə idi