Komitə sədri Rövşən Rzayev 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib 9.5.2018
Komitə sədri Rövşən Rzayev 100 yaşlı Böyük Vətən müharibəsi veteranına baş çəkib
Mayın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev ilə birlikdə Böyük Vətən müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğlu ilə görüşüb.
Rövşən Rzayev Böyük Vətən müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb. Komitə sədri Prezident İlham Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarının və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Qeyd edib ki, F.Əliyevin müraciəti nəzərə alınaraq yaxın günlərdə mənzil şəraitinin yaxşılaşdırılması üçün veterana təkliflər veriləcək.
Famil Əliyev ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az