Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti qəbul keçirilib 5.6.2018
Qaçqınların və məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti qəbul keçirilib
Görüşdə Bakı şəhərində və ətraf qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər iştirak ediblər. Məcburi köçkünlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib.
Qəbula gələnlər komitə sədrinə əsasən mənzil, işə qəbul, kommunal xidmətlər və digər sosial problemlərin həlli ilə bağlı müraciət ediblər. Bütün müraciətlər komitə tərəfindən qeydə alınıb. Dövlət Komitəsinin sədri müraciətlərin qısa müddətdə araşdırılması və müvafiq tədbirlər görülməsi üçün tapşırıqlar verib.
Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri, Bakı şəhəri üzrə sektor müdirləri və ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri də iştirak ediblər.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az