"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1347
Dövlət Komitəsində Böyük Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri ilə görüş keçirilib
Görüşlər 12 İyun, 2018

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 11-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri Rupert Eynli ilə görüşüb. Dövlət Komitəsinin sədri Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkünün sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlər barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində 300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub. Qeyd edilib ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan məcburi köçkünlərin öz evlərinə qayıtmaları ilə artıq respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış sakinlərin doğma yurda qayıdışı başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı Sərəncamına əsasən, kənddə birinci mərhələdə 50 ev tikilib istifadəyə verilib. İkinci mərhələdə tikilən 100 yaşayış evindən 50-nə kəndin respublikanın müxtəlif yerlərində məskunlaşmış sakinləri köçürülüb. Məcburi köçkünlərin Cocuq Mərcanlıya qayıdışı davam edir. Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya Direktoratlığının rəhbəri Rupert Eynli ölkəsinin Azərbaycan ilə strateji əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb. Böyük Britaniyanın humanitar təşkilatlarının bundan sonra da Azərbaycanda məcburi köçkünlərlə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib