Məcburi köçkünlərlə növbəti görüş keçirilib 4.7.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
İyulun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünlərlə görüşüb.
Dövlət Komitəsinin sədr müavinlərinin, şöbə və departament rəhbərlərinin, ərazisi işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinlərinin iştirak etdikləri görüşdə bölgələrdən gələn məcburi köçkünlərlə ümumilikdə görülən işlər, mövcud problemlərlə əlaqədar söhbətlər aparılıb. Onlar ayrı-ayrılıqda dinlənilərək problemləri ilə tanış olunub, müraciətlər və narahatlıq doğuran məsələlərlə bağlı məcburi köçkünlərə hərtərəfli izahat verilib.
Məcburi köçkünlərin müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.
Müraciətlər qeydə alınıb və müvafiq tədbirlərin görülməsi üçün tapşırıq verilib.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az