Dövlət Komitəsinin sədri Sumqayıtda məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub 3.8.2018
Dövlət Komitəsinin sədri Sumqayıtda məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub
Avqustun 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıtda yerləşən yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.
Məcburi köçkünlər qəzalı vəziyyətə düşmüş binalarda uzun illərdir qarşılaşdıqları çətinliklər barədə danışıb, qayğı və problemlərindən söz açıblar.
Komitə sədri onları diqqətlə dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.
Görüşdə qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri də məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə layihələrin icrasına Birinci vitse-prezident xanım Mehriban Əliyeva da böyük diqqət göstərir. Hazırda Bakı və Sumqayıtda qəzalı binalarda, həyat üçün təhlükəli şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə verilmiş tapşırığın yerinə yetirilməsi üçün ardıcıl və məqsədyönlü iş aparılır. Dövlətimizin başçısının tapşırığı əsasında Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində də məcburi köçkünlər üçün yeni yaşayış binaları inşa edilir və onların tikintisi başa çatmaq üzrədir. Sumqayıtda və şəhərin ətrafında müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərin həmin binalardakı mənzillərə köçürülməsi nəzərdə tutulub.
Komitə sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.
Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov iştirak edib.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az