Yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüş olub 30.8.2018
Yataqxanada məskunlaşmış məcburi köçkünlərlə görüş olub
Avqustun 29-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xətai rayonunda Dənizçilik məktəbinin 3 nömrəli yataqxanasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Məcburi köçkünlər komitə sədrinə yaşayış şəraitləri, qarşılaşdıqları problemlərlə bağlı məlumat verib.
Dövlət Komitəsinin sədri məcburi köçkünlərin müraciətlərini ayrı-ayrılıqda dinləyib, müraciət edilən məsələlərlə əlaqədar geniş izah verib.
Bildirilib ki, məcburi köçkünlərə yeni mənzillərin verilməsi mərhələli şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq hər il məcburi köçkünlər üçün yeni qəsəbələr salınır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarımızla bağlı layihələrin icrasını daim diqqət mərkəzində saxlayır. Məcburi köçkünlərin maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı dövlət səviyyəsində müxtəlif layihələr icra edilir.
Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri qeydə alınıb. Dövlət Komitəsinin sədri müraciətlərin araşdırılacağını və qanuna uyğun tədbirlər görüləcəyini bildirib.
Qeyd edilib ki, digər şəhər və rayonlarda da bu cür görüşlərin keçirilməsi nəzərdə tutulub.
 
 
idpsCopyright © 2018
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az