"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1632
Dövlət Komitəsində QHT rəhbərlərinin bir qrupu ilə görüş olub
Görüşlər 04 Sentyabr, 2018

Sentyabrın 3-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rəhbərlərinin bir qrupu ilə görüş keçirilib. Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaş cəmiyyəti quruculuğunda və ölkəmizdə demokratiyanının daha da dərinləşməsində qeyri-hökumət təşkilatlarının rolunu yüksək qiymətləndirərək, qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsində də onların dəstəyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə tənzimlənməsi, torpaqlarımızın işğaldan tezliklə azad edilməsi üçün qətiyyətli və məqsədyönlü siyasət aparmaqla yanaşı, müharibədən zərər çəkən insanların, məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib. Azərbaycan dövləti onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə xüsusi diqqət yetirir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, müvəqqəti məskunlaşma yerlərində ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi davam etdirilir. Bu il istifadəyə verilmiş “Qobu Park” yaşayış kompleksinə Bakıda qəzalı vəziyyətdə olan binalardan və zirzəmilərdən yüzlərlə məcburi köçkün ailəsi köçürülüb. Bu məqsədlə yeni yaşayış binaları inşa edilir, məcburi köçkünlər üçün qəsəbələr salınır. Komitə sədri məcburi köçkünlərin hüquqi cəhətdən maarifləndirilməsinə, onlarda vətənpərvərlik ruhunun yüksəldilməsinə, doğma torpağa bağlılıq hissinin gücləndirilməsinə qeyri-hökumət təşkilatlarının daha böyük töhfələr verə biləcəklərini vurğulayıb, onları bu istiqamətdə birgə fəaliyyət göstərməyə dəvət edib. Görüşdə QHT rəhbərləri çıxış edərək məcburi köçkünlərlərin problemlərinin həlli sahəsində həyata keçirilən tədbirlərə dair fikirlərini ifadə edib, Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı rəy və mülahizələrini bildirib, bir sıra təkliflər irəli sürüblər. Prezident İlham Əliyevin apardığı siyasətin xalqımızın və dövlətimizin mənafeyinə tam cavab verdiyini, torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə dərin inam yaratdığını qeyd edən QHT rəhbərləri vətəndaş cəmiyyəti institutlarının, ictimai təşklatların məcburi köçkünlərin böyük qayıdışa hazırlanmasına bundan sonra da fəal dəstək verəcəklərini bildiriblər. Dövlət Komitəsində qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşlərin və birgə fəaliyyətin davamlı olacağı diqqətə çatdırılıb.

19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib
18 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində xarici qonaqlarla görüş keçirilib
16 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib