"... İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir".
XƏBƏRLƏR
Çap et 1238
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
Görüşlər 18 Sentyabr, 2018

Sentyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib. Vətəndaşları Dövlət Komitəsinin sədri Rövşən Rzayev, şöbə və departament rəhbərləri fərdi qaydada qəbul ediblər. Onların hər birinin müraciəti diqqətlə dinlənilib və mahiyyəti üzrə cavablandırılıb. Müraciətlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərindəki vəziyyət, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi ilə bağlı olub. Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən biri kimi məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, yeni mənzillərə köçürülməsinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın göstərdiyi böyük və diqqət qayğı qəbula gələnlər tərəfindən dərin razılıq hissi ilə qeyd edilib. Heydər Əliyev Fondu tərəfindən məcburi köçkünlərin sağlamlığının qorunmasına, müayinə və müalicəsinin təşkilinə aid konkret faktlardan söhbət açılıb, Fondun rəhbərliyinin, şəxsən Mehriban xanımın ünvanına səmimi xoş sözlər və minnətdarlıq duyğuları ifadə olunub. Vətəndaşlara bir daha bildirilib ki, Azərbaycan dövləti məcburi köçkünlərin normal və təminatlı yaşayışı üçün zəruri tədbirləri davam etdirməklə yanaşı, işğal altındakı ərazilərin tezliklə azad olunması, didərginlik məhrumiyyətlərinə son qoyulması üçün də məqsədyönlü və təsirli iş aparır. Diqqətə çatdırılıb ki, məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir və onların bu komplekslərə köçürülməsi mərhələli şəkildə həyata keçiriləcək, ilk növbədə, ən ağır şəraitdə yaşayanlar mənzillə təmin olunacaqlar. Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərində qaldırılmış məsələlərin araşdırılması və mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.

16 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində BMT QAK-ın nümayəndələri ilə görüş keçirilib
09 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
02 Aprel, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
19 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
18 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Siyəzəndə vətəndaşları qəbul edib
15 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində BMqT nümayəndələri ilə görüş keçirildi
13 Mart, 2024 / Görüşlər Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihənin təqdimatı keçirilib
12 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
05 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
04 Mart, 2024 / Görüşlər İctimai Şura üzvlərinin Böyük Qayıdış prosesində aktivliyi artırılacaq
01 Mart, 2024 / Görüşlər Dövlət Komitəsində almaniyalı deputatlarla görüş keçirilib
27 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
21 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri Ağdaşda vətəndaşları qəbul edib
20 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
14 Fevral, 2024 / Görüşlər Dünya Bankı nümayəndələri ilə görüş keçirilib
13 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
08 Fevral, 2024 / Görüşlər Dövlət Komitəsinin sədri bir qrup mərakeşli jurnalistlə görüşüb
30 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
23 Yanvar, 2024 / Görüşlər Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib