İmişli rayonu fin tipli qəsəbələrdə və məktəb binalarında müvəqqəti məskunlaşmış 983 məcburi köçkün ailəsini yaşayış şəraitinin yaxşılaşdırılması üçün torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Azerbaijan Gerb


N164 08 may 2008-ci il
  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 noyabr tarixli 232 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət poqramı”nın təsdiq edilməsi haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Tədbirlər Planı”na və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinin 5-ci abzasına əsasən Azərbaycanın işğal altında olan torpaqları azad edilənə və didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər İmişli rayonunda fin tipli qəsəbələrdə və məktəb binalarında müvəqqəti məskunlaşmış olan 983 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərinin həllini təmin etmək məqsədilə hər ailəyə 0,12 hektar həyətyanı sahə nəzərdə tutulmaqla , yaşayış qəsəbələrinin tikintisi üçün İmişli rayonunun inzibati ərazisindən 197.0 hektar, o cümlədən 36 nömrəli qış otlağından 112,0 hektar və 37 nömrəli qış otlağından 85,0 hektar torpaq sahələrinin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə verilməsi barədə həmin Komitənin İmişli Rayon İcra hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekalogiya və təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
     
  2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri A.Rasi-zadə
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az