Ağcabədi rayonu Taxta Körpü fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 313 məcburi köçkün ailəsinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Ağcabədi rayonunda toorpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı

Azerbaijan Gerb


N237 3 iyul 2008-ci il
  1. “Azərbaycan Respublikasının Prezidenti 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun Arlması üzrə” Dövlət Proqramı”na əlavələr edilməsi haqqında “Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli sərəncamının icrası ilə əlaqədar və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasına əsasən Azərbaycanın işğal altında olan torpaqları azad edilənə vəı didərgin düşmüş vətəndaşlar öz doğma yurdlarına qayıdana qədər Ağcabədi rayonunun Taxta Körpü fin tipli qəsəbəsində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan 313 məcburi köçkün ailəsinin mənzil –məişət şəraitinin yaxşılaşdırılmasına və digər sosial problemlərinin həllini təmin etmək məqsədi ilə hər ailəyə 0.12 hektar həyətyanısahə nəzərdə tutulmaqla ,yaşayış qəsəbəsinin tikintisi üçün Ağcabədi rayonunun inzibati ərazisində 63.0hektar , o cümlədən 11 nömrəli Küratan-1 qış otlağından 53,0 hektar və əvvəllər köçürülən mal-qara düşərgəsi olmuş ərazidən 10,0 hektar torpaq sahəsinin . Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə verilməsi barədə həmin Komitənin Ağcabədi rayon İcra Hakimiyəti , Azərbaycan Respublikasl Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.
     
  2. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan respublikasının
Baş naziri A. Rasi-zadə
 
 
idpsCopyright © 2017
AZƏRBAYCAN RESPUBLİKASI
QAÇQINLARIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN
İŞLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Komitənin ünvanı: Bakı şəhəri, Tbilisi prospekti 129
Tel/fax: (99412) 430 09 21, 430 09 25
Elektron ünvan: info@refugee.gov.az